yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

'Kəmaləddin Heydərov, adamlarınıza deyin məndən əl çəksinlər” - ''Biznes-ledy'' ilginc video-müraciət yaydı

'Kəmaləddin Heydərov, adamlarınıza deyin məndən əl çəksinlər” - ''Biznes-ledy'' ilginc video-müraciət yaydı
12-02-2018, 19:24 231 dəfə baxılıb

Azərbaycanın məhşur mağazalar şəbəkəsinin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun ailəsi ilə bağlı video-müraciət edib. Criminal.az xəbər verir ki, ''Əli və Nino'' mağazalarının sahibi Nigar Köçərli video-müraciətində K.Heydərovun onun oğlu Tale Heydərovun onun biznesini çökdürmək niyyətində olduğunun iddia edib.
Video-müraciətin mətnini olduğu kimi təqdim edirik: ''Hörmətli fövqəladə hallar naziri, cənab Kəmaləddin Heydərov, 4 il əvvəl Gilan Holdinqin nümayəndəsi məni Gilan Holdinqin mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, "Əli və Nino”nu bizə verməlisən: "Əgər verməsən, biz fil, sən isə qarışqa - səni əzəcəyik”. O vaxtdan "Əli və Nino”ya qarşı mənəvi terror başladı: gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin doprosları, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar. Bu bəs etmədi, indi də "Əli və Nino” kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar.
Cənab Nazir, Mən dəfələrlə Tale Heydarova məktub yazmışam, amma heç bir nəticə olmayıb. Mən dəfələrə sizin köməkçilər vasitəsilə Sizə xəbər göndərmişəm. Heç bir nəticə olmayıb. Bəlkə də Sizin bunlardan xəbəriniz yoxdur.
Mən kitab biznesinə 15 il əvvəl 600 dollarla başlamışam. Beynəlxalq təşkilatda işləyirdim, maaşdan qənaət etmişdim. O vaxt Bakıda yalnız 2 kitab dükanı var idi, digərləri bağlanmışdı. Mollarda, ticarət mərkəzlərində kitab dükanları açdıq və kitab gənclərimizin həyatına qayıtdı. Bu gün bizim ardıcıl kitab təbliğatımız, parklarda keçirtdiyimiz endirimli kitab yarmarkalarının sayəsində oxucuların sayı xeyli artıb. Mütaliyə səviyyəsini artırmaq üçün Milli Kitab Mükafatı təsis etmişəm. Bununla da ədəbiyyat mətbuatın gündəminə qayıtdı. Biz bu işə görə heç kəsdən mükafat gözləmədik.
Eyni zamanda bizə vurulan indiki qəddar zərbəni də gözləmirdik. Mən həmişə öz işimdən fəxrlə danışmışam. Çünki mən bu işi böyük sevgi və böyük zəhmət ilə qurmuşam. Hörmətli cənab nazir! Sizin ailə kitab biznesinə başlayanda düşündüm ki, nəhayət, Azərbaycanın ucqar yerlərində, heç bir kitab dükanı olmayan rayonlarda kitab dükanları və pulsuz ictimai kitabxanalar açacaqsınız. Oxu mədəniyyətinin inkişafına dəstək verəcəksiz. İmkansız insanlara pulsuz kitab paylayacaqsınız. Axı sizin imkanlarınız bizdən milyon dəfə böyükdür. Gözləntim özünü doğrultmadı. Görünür, kitabsız yerlərə getmək çətin oldu. Amma "Əli və Nino”nu bağlayıb, yerində öz kitab mağazalarını açmaq asandır.
Cənab Nazir, Tale Heydərov var gücü ilə və bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır. Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır. Mən sizə Azərbaycanda bizneslə məşğul olan tək-tük qadınlardan biri kimi müraciət edirəm. Əlbəttə, mənim arxamda böyük pullar və böyük adamlar yoxdur. Amma mənim arxamda, bir Azərbaycan qadınının böyük zəhməti, vicdanlı və halal əməyi durur. Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər''.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: cheksinler, menden, deyin, video muraciet, el, ilginc, yaydi, Kemaleddin, Heyderov, Biznes ledy, adamlariniza
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-02-2018


23-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ