yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Komitə sədrindən şok effekti yaradan təyinat: “Yeddilər”in “pul kisəsi” Ramiz Həsənovun sevimlisinə necə çevrildi?

Komitə sədrindən şok effekti yaradan təyinat: “Yeddilər”in “pul kisəsi” Ramiz Həsənovun sevimlisinə necə çevrildi?
12-02-2018, 15:21 134 dəfə baxılıb

İmişlidə başçı müavini olarkən vətəndaşları döyməklə ad çıxaran, keçmiş AXC kadrı və “Yeddilər”in “pul kisəsi”, Ramiz Həsənovun qələminin qüdrəti ilə sahəyə aidiyyatı olmadığı halda Azərbaycan Metrologiya İnstitutunun direktoru olub
Hörmətli Ramiz Həsənov özü də etiraf edər ki, İmişlidə adam döyməklə, ya da döydürməklə ad çıxaran birinin və də sahə ilə heç bir əlaqəsi olmayan birinin, institut direktoru təyin olunması qaranlıq məsələdir... Və doğrudan da vay Metrologiya İnstitutunda çalışanların halına...
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun son təyinatı komitə əməkdaşları arasında şok effekti yaradıb. Səbəb Komitənin Standartlaşdırma İnstitutunun Cənub Ərazi İdarəsinin rəisi Saleh Səmədovun Metrologiya İnstitutunun direktoru təyin edilməsi olub. Çünki bu müəssisə təyinatına görə daha çox elmi əsaslarla fəaliyyət göstərən qurumdur və adı çəkilən şəxs sözügedən sahə ilə bağlı nəinki elmi biliklərə malikdir, ümumiyyətlə heç bir elmlə yaxından-uzaqdan əlaqəsi yoxdur.
Bundan başqa, həmin institut dövlət başçısının sərəncamı ilə yaradılan zaman Komitənin sədri Ramiz Həsənov bu sahədə kadr çatışmazlığının olduğunu etiraf etmiş və söyləmişdi ki, Avropa İttifaqının yardımı ilə agentlik tərəfindən həyata keçirilən “Tvvininq proqramı”nda bu istiqamətdə işlər nəzərdə tutulur. Lakin Saleh Səmədov həmin proqram çərçivəsində təşkil olunmuş layihədə iştirak etmədən qəflətən Standartlaşdırma İnstitututunun Cənub Ərazisinə başçı təyin edildi. Bu təyinat da o zaman təəccüblə qarşılansa da, əslində həmin qurumun heç bir tədqiqat aparmadan “təyinatı üzrə” işləyəcəyi əvvəlcədən bəlli idi və belə də oldu. Çünki Saleh Səmədovun iş prinsipi onu tanıyanlara yaxşı tanışdır. Və Saleh Səmədovu yaxından tanıyan bir neçə şəxsin MilliYol-a bildirdiyinə görə, yeni institut direktorunun “pulla iş görməkdə” misli-bərabəri yoxdur.
Onun keçmiş hərakatçı dostlarından birinin bildirdiyinə görə, hətta AXC hakimiyəti zamanında mərhum president Əbülfəz Elçibəy rüşvəti qadağan edən zaman da Saleh Səmədo rəhbəri olduğu Respublika Bazarlar İdarəsində çuvalla pullar qazanırdı. Söz düşmüşkən, qeyd edək ki, Saleh Səmədov AXC hakimiyyətinin inanılmış kadrlarından olub. Əbülfəz Elçibəyin ən çox inandıığı və etibar etdiyi “Yeddilər” deyilən qrupun fəallarınndan olan olan Ülvi Həkimovun təqdimatı ilə AXC hakimiyyəti dövründə belə bir “yağlı” vəzifəyə təyinat alıb. Çoxlarına da bəllidir ki, Əbülfəz Elçibəyin Ülvi Həkimova olan etimadı böyük olub. Və Saleh Səmədov həmin dönəmdə “Yeddilər”in “kassası” olub. Bazarlardan yığdığı “haqlar” və rüşvətlə guya könüllü özünümdafiə dəstələrinə silah aldığını desə də, 1992-93-cü illərdə Saleh Səmədov əslində həmin pullarla özünə biznes qurub, şəhərin müxtəılif yerlərində mənzillər alıb və arxasını həmişə möhkəm saxlamaq niyyət ilə bir az da “Yeddilər”in bəzi üzvlərinə verib. Təbii ki, hərdən könüllü batalyonlara siqaretdən filandan da yollayıb...
Mənbəmiz bildirir ki, AXC hakimiyyətindən sonra mərhum prezident Heydər Əliyevin yenii komandasına çıxış taparaq yeni vəzifəyə təyin olunsa da, Saleh Səmədovun “Yeddilər”lə əlaqələri Elçibəyin vəfatına qədər davam edib. Hətta 2000-ci illərin əvvəllərinə qədər, daha doğrusu 2003-cü il prezident seçkiləri bitənə qədər adı çəkilən elçibəyçilərə maddi yardım etməkdə davam edib. Hər halda ümid edirmiş ki, Elçibəy və Elçibəyin vəfatından sonra İsa Qəmbər yenidən hakimiyyətə qayıda bilər. 2003-cü ildən sonra isə Saleh Səmədov keçmiş hərakatçı dostları ilə əlaqlərini kəsib və onlara göstərdiyi maliyyə yardımlarını isə birdəfəlik dayandırıb.
Bir qədər sonra isə çalşdığı vəzifələrdən və biznesindən əldə etdiyi vəsait hesabına Saleh Səmədov Naftalan rayon İcra Hakimiyətinin başçısı Musa Musayevə müavin təyin olunmuşdu. Müavin işlədiyi dövrdə hər yerdə özünü Cəlal Əliyevin kadrı kimi təqdim edir və tezliklə İmişliyə icra başçısı gedəcəyini anons edirdi. Lakin Musa Musayev seçkilərə müdaxilə etdiyi üçün tutuduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra “Cəlal Əliyevin kadrıyam” sözlərini bir daha ağzına almayıb. Ancaq buna baxmayaraq bir müddət sonra yenidən pulları hesabına “qazdan ayıq olan” Səmədov özünü İmişliyə başçının müavini təyin etdirə bilib. Elə Saleh Səmədovun Standartlaşdırma İnstitutunun Cənub Ərazi İdarəsinin rəisi təyin edilməmişdən əvvəlki vəzifəsi İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin müavini olmuşdu.
Saleh Səmədov haqqında İmişlidən aldığımız məlumata əsasən isə İmişli rayon İcra Hakimiyyətinin başçısının müavini olduğu olduğu illərdə birinci müavin Səfa Ağayevin əleyhinə mətbuatda müxtəlif səpkili sifarişli yazılar dərc etdirib. Sonradan Vilyam Hacıyevin “ayağının altını qazdığı” aşkar edildikdə isə vəzifəsindən kənarlaşdırılıb. Saleh Səmədovun iş metodu ilə yaxından tanış olan bir nəfər İmişlidən əməkdaşımıza bildirib ki, o, rayon təsərrüfatının və ictimai-siyasi sahənin idaərçiliyində özünün səriştəsizliyini isbat etmiş biri olaraq tanınıb və onun vəzifədən uzaqlaşdırılmasında səriştəsizliyi də rol oynayıb. Belə kobud davranışları və tez-tez zorakılıq nümayiş etdirməsi, bir vəzifəli şəxs olaraq özünü idarə edə bilməməsi ilə Saleh Səmədov İmişlidə həmişə dildə-dişdə olub. Ondan narazılıq da həmişə ən yüksək səviyyədə olub ki, bu da sonucda rayonda ictimai-siyasi sektoru iflic edib.
“Hər şeyi pulla və zorla həll etməyə adətkar olmuş Saleh Səmədov anlamırdl ki, ictimai-siyasi sektorda bu taktika çox keçərli deyil. O, rayonda bir neçə nəfəri döydürmüş, döyülənər isə ondan prezidentə şikayət etmişdilər. 2005-ci ilin seçkilərində isə müdafiə etdiyi namizədin tərəfdarları ilə odlu silahla atışmaya girmiş və hadisə dövlət başçısını bərk qəzəbləndirmişdi. Nəticədə onun müdafiə etdiyi şəxs namizdəlikdən geri çəkilməli olmuşdu”, deyə İmişlidəki mənbəmiz əməkdaşımıza bildirib.
Keçmiş AXC kadrı, rayonda tutduğu vəzifə sahəsində özünə böyük bir biznes şəbəkəsi qurmuş ticarət adamının institut direktoru təyin edilməsi əlbəttə, təəccüb doğurmalı və şok effekti yaratmalı idi. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun hansı meyardan çıxış edərək sırf peşəkar bir şəxsin rəhbərlik edəcəyi Azərbaycan Metrologiya İnstitutunun direktoru vəzifəsinə sahə üzrə yuxarıdan aşağıya heçbir əlaqəsi olmayan Saleh Səmədovu təyin etməsi bir çox suallar yaradır. Bu sualları sadalamasaq da, suallar özü-özünə aydındır və yəqin ki, bir müddət əvvəl metrologiya sahəsində kadr çatışmazlığının olduğunu etiraf edən və bu üzdən də Azərbaycan Metrologiya İnstitutunun direktor vəzifəsinə kadr tapa bilməyən Ramiz Həsənov bu qaranlıq məsələrlə də aydınlıq gətirər. Hər halda hörmətli Ramiz Həsənov özü də etiraf edər ki, İmişlidə adam döyməklə, ya da döydürməklə ad çıxaran birinin və də sahə ilə heç bir əlaqəsi olmayan birinin institut direktoru təyin olunması qaranlıq məsələdir... Və doğurdan da, vay Metrologiya İnstitutunda çalışanların halına...
Sonda isə məhz Ramiz Həsənovun birbaşa vəzifə səlahiyyəti daxilində olan bir məsələyə də diqqət çəkmək istərdik. Saleh Səmədovun İmişlidə “Araz” MMC adlı şirkəti də var ki, fəaliyyət sahələrindən biri də araq istehsalıdır. İmişlidə hamı bilir ki, bu araq şəkər zavodunda şəkər istehsalı üçün istifadə olunan şəkər çuğundurlarının tullantılarından hazırlanır. Bu da orqanizm üçün çox ziyanlıdır. Və Ramiz müəllim vəzifəsinə uyğun olaraq bu arağın istehsalı çoxdan qadağan etməliydi. Lakin bu belə deyil. Doğrudur, həmin araq marketlərdə satılmır. Amma həmin araqlar ölkənin kiçik kafelərində kütləvi şəkildə müştərilərə satılır. Bu barədə daha ətraflı növbəti yazımızda...

MilliYol.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: kisesi, Ramiz, yaradan, chevrildi, sevimlisine, Hesenovun, Yeddilerin, shok, teyinat, sedrinden, Komite, pul, nece, effekti
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ