SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazirin İlham Əliyevə zərbəsi: olimpiya kompleksləri kimə işləyir?

Nazirin İlham Əliyevə zərbəsi: olimpiya kompleksləri kimə işləyir?

Tarix:

12-02-2018, 12:08

/ 1 570 dəfə oxundu.
Nazirin İlham Əliyevə zərbəsi: olimpiya kompleksləri kimə işləyir?

İlham Əliyevin prezident seçilməsindən sonra idmana xüsusi qayğı göstərməyə başladı. Dövlət başçısı gənclərin sağlam yetişməsi və Azərbaycanın idman ölkəsi kimi tanınması istiqamətində proqramlar həyata keçirdi

Bu siyasətin tərkibi hissəsi respublikanın müxtəlif zonalarında olimpiya kompleksləri tikilməsi idi. Dövlətin büdcəsindən külli miqdarda vəsait xərclənərək olimpiya kompleksləri inşa olundu. Gənclər və idman naziri təyin olunmuş Azad Rəhimov isə prezidentin bu siyasətinə arxadan zərbə vurmağa başladı.

Nazir gənclərin idman mərkəzlərini biznes məkanlarına döndərməyə başladı. Bu yaxınlarda hüquqşünas Aslan İsmayılov da problemi qabartmışdı.
Onun sözlərinə görə, pulsuz idman kompleksi yoxdur. Nazir isə hər çıxışında bəyan edir ki, gənclər olimpiya komplekslərində ödənişsiz idman edə bilirlər.

İ.Əliyev hakimiyyətə gəldikdən sonra tikilməyə başlanan bu komplekslər indi restoran, otel, sauna, pullu məşq zallarına çevrilib.

Nazirin prezidentin idman siyasətinə və proqramlarına qarşı gedərək bu mərkəzləri özünə xidmət göstərən obyektlərə çevirməsi ciddi narazılıq doğurub.

Əslində, həmin obyektlərin vergi və maliyyə təftişinə zərurət var. Habelə, həmin pulların hara axdığı araşdırılmalıdır.

Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz "DDLAR GROUP" tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Şirkət A.Rəhimovun oğlu Arif Rəhimova məxsusdur.

Bu komplekslərlə bağlı müəmmalar lap dərindir. Belə ki, onların sifarişinin necə, hansı səbəblər və şərtlərlə verildiyinin sirr olması bir yana, bu istiqamətdə xərclər də mübahisə mövzusudur.

Söhbət az qala bir-birinin təkrarı olan həmin komplekslərin hər birinin başa gəlmə xərcləri arasındakı kəskin uçurumdan gedir.

Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.

Ümumiyyətlə, onun şirkətinin atasının rəhbərlik etdiyi nazirliyin tender müsabiqələrinin əsas qalibinə çevrilməsi birmənalıdır. Bu isə həmin tenderlərin ədalətliliyi və şəffaflığı ilə bağlı şübhələri kifayət qədər dərinləşdirir.

Ötən il Hesablama Palatası Gənclər və İdman nazirliyində audit keçirib. Audit prosesində ciddi qanun pozuntuları aşkar edilmişdi.

Dövlətin ən varlı biznesmenlərindən biri də Gənlər və İdman naziri Azad Rəhimov hesab olunur. Nazirin böyük biznesmen olduğu hələ bu vəzifəyə gəlməmişdən öncə məlum idi.

Azad Rəhimov ölkədə bir sıra brend malların satışına nəzarəti ələ almaqla öz monopoliyasını yarada bilib.

Bu yüksək çinli məmurun vəzifəsi isə ona qanunlar qarşısında qalxan rolunu oynamaqdadır.

Medianın gündəmində olan və hazırda nazirin böyük biznesini mebel ticarəti təşkil edir.

A.Rəhimov hələ o vaxtlar, Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib.

Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb.

Qeyd edək ki, bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin - de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.

Mənbələrdə qeyd olunur ki, nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir.

Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində “İtaldizayn Group”un təklif və xidmətləri bazarda ən yaxşılardandır.

Görünən həqiqət odur ki, Azad Rəhimovun nəzarətində olan biznes sahəsində rəqabət aparmaq çətin və mümkün olmayan reallıqdır.

Azərbaycanın Gənclər və İdman nazirinin biznesdəki uğuru rəhbəri olduğu dövlət sahəsində özünü yaxşı tərəfdən göstərmir.

Biznesin bütün çalarlarını bilən Rəhimovun ölkənin idman sahəsində fəaliyyəti sadə dillə desək iflasa aparir.

İdman sahəsində yaranmış problemlər, idmançıların məşq edib yarışa hazırlaşmaları üçün normal şəraitin olmaması, cənab nazirin narahatçılığına səbəb olmur.

İdman sahəsini də biznesmen kimi idarə edən Azad Rəhimovun ölkə idmançılarına bir nazir olaraq dəstək verməməsi yaradılan şəraitdən aşkar görünür.

Gənclər və İdman nazirinin istər paytaxtda, istərsədə bölgələrdə idmançılara və gənclərin bu sahəyə marağının artmasına çalışmamasının arxasında maraqların durmasına inanmaq istəməzdik.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ