yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

FHN Bulud Aslanovun talançılığına niyə göz yumub?

FHN Bulud Aslanovun talançılığına niyə göz yumub?
8-02-2018, 14:29 116 dəfə baxılıb

Hamı susur, dövlətin təbii sərvətləri talanır Xalqxeber.Az MilliYol.Az-a istinadla xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun inşasını aparan Türkiyənin "Polat Yol Yapı” şirkəti ölkəmizdə bəzi qaranlıq işlərlə məşğul olması barədə mətbuatda son aylar məlumatlar dərc olunur. Adı çəkilən şirkətin bəzi işbazlarla əlbir olaraq dövlətin yeraltı sərvətini heç bir rəsmi müqavilə, icazə olmadan qanunsuz yollarla çıxardaraq istifadə etməsi barədə saytımızdabda bəzi faktlar işıqlandırılıb.

Qeyd etmişdik ki, Beyləqan rayon Binnətli kənd bələdiyyəsinin ərazisindən çıxarılan qum, çınqıl materialları "Polat Yol Yapı” şirkətinə satılır. Dövlətin yeraltı sərvətinin satışını isə Beyləqan rayon icra başçısı Vaqif Abdullayevlə "Texnikabank”ın rayon filialının keçmiş müdiri Bulud Aslanov həyata keçirib. "Polat Yol Yapı” şirkətinə 1 milyon manatdan çox qum-çınqılın satıldığı və bir müddət sonra isə Vaqif Abdullayevlə Bulud Aslanov arasında pul üstündə narazılığın yarandığı iddia edilirdi. Həmin məlumatda ümumi satışdan əldə olunan gəlirin 70 faizə yaxını, təxminən 600 min manatın Vaqif Abdullayevə çatdığı və buna görə Bulud Aslanovun narazılıq etdiyini qeyd etmişdik.
Ötən həftə deputat Zahid Oruc Milli Məclisin plenar iclasında ölkəmizin müxtəlif yerlərində, əsasən də çay kənarlarında qanunsuz qum, çınqıl daşınmaları barədə danışmış, "Çayların özəl sahibi yoxdur, indi Misir dövrü deyil ki, kimsə çayı hissə-hissə bölüb fironluq etsin" demişdi.
Zahid Oruc çıxışında daha sonra qeyd etmişdi: "Hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özünü toxunulmaz hiss edir. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”.

Milət vəkilinin Milli Məclisdə qanunsuz qum-çınqıl çıxarılması barədə iradları dilə gətirməsi ölkəmizdə bu problemin ciddi olmasından xəbər verir. Qanunsuz qum-çınqıl çıxarılmasına qarşı mübarizə aparacaq qurum olan Fövqalədə Hallar Nazirliyinin bəzi hallarda susması isə qaranlıq məqamlardan xəbər verir. Buna misal olaraq Beyləqandakı hadisəni göstərə bilərik. Bulud Aslanovun Vaqif Abdullayevlə birləşərək dövlətin yeraltı sərvətini çıxardaraq "Polat Yol Yapı” şirkətinə satmasına FHN hansısa səbəblərdən göz yumub?

Aldığımız məlumata görə Bulud Aslanov tərəfindən çıxarılaraq satılan qum-çınqılla bağlı adıçəkilən qurumun hər hansı bir rəsmi icazəsi olmayıb. Halbuki, qanunlara görə yeraltı təbii sərvətlərin istismarı yuxarıda qeyd etdiyimiz nazirliyin rəsmi icazəsi əsasında həyata keçirilməlidir. Fövqəladə Hallar Nazirliyinin icazəsindən sonra isə dövlət büdcəsinə qanunda göstərildiyi miqdarda vəsait köçürülməlidir. Bundan sonra icazə əsasında təyin edilmiş ərazidən qum-çınqıl materiallarının daşınması olar. Bulud Aslanovun yaxın adamının verdiyi məlumatda vurğulanır ki, çıxarılan qum-çınqıl materallarına görə FHN regional idarəsinin rəhbərliyinə külli miqadarda rüşvət verilib. Məhz buna görə nazirliyin cavabdeh şöbəsi Bulud Aslanovun talançılığına göz yummaqda maraqlı olub.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: goz, yumub, Aslanovun, niye, Bulud, FHN, talanchiligina
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ