yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Cavid Qurbanovla Əli Bayramovun 2,2 milyonluq hesablaşması

Cavid Qurbanovla Əli Bayramovun 2,2 milyonluq hesablaşması
8-02-2018, 14:19 329 dəfə baxılıb

Aqrolizinq” ASC -nin keçmiş sədri Əli Bayramov sabiq dostu Cavid Qurbanova satdığı istixanasının pulunu ala bilmir

İddiaya görə dəmir yolların şefi son olaraq "Aqrolizinq” ASC -nin keçmiş sədrinə yolladığı ismarıcda 2,2 milyon manatı unutmağı tövsiyyə edib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əli Bayramov arasında borc söz söhbəti yaranması ilə bağlı saytımıza ilginc məlumat daxil olub.

Həmin məlumatda vurğulanır ki, "Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov vəzifəsindən çıxarıldıqdan sonra, işlədiyi müddətdə vəzifəsindən sui-istifadə edərək ələ keçirdiyi və qurduğu müxtəlif təsərrüfat sahələri ilə məşğul olmağa başlayıb. Lakin "Aqrolizinq” ASC sədri işlədiyi dövrlərdə büdcədən taladığı milyonlar sayəsində ölkənin müxtəlif yerlərində istixanalar və mal-qara təsərrüfatları quran Əli Bayramovun təsərrüfatları çox olduğundan və onların əlindən alınacağından qorxducu üçün bir müddət sonra bəzi obyektlərini satmağa başlayıb.

Qeyd edək ki, "Aqrolizinq” ASC-yə ayrılan milyonlarla manat vəsait hesabına Əli Bayramov ölkənin bir sıra yerlərində istixanalar açıb və həmin istixanaların bəzilərinin qiyməti 10-15 milyona qədər olub. Bəzilərinə isə "Aqrolizinq” ASC-nin sabiq sədri dövlətin 3-5 milyon pulunu sərf edib.

Keçmiş ASC sədrinin yaxın qohumlarındna birinin saytımıza verdiyi məlumatda vurğulanır ki, 2 il öncə Əli Bayramov paytaxt yaxınlığında yerləşən istixanasını satmaq qərarına gəlib. Həmin istixananı isə hazırda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini daşıyan Cavid Qurbanov müştəri çıxıb.

Mənbəmiz qeyd edir ki, Əli Bayramovla Cavid Qurbanovun illər öncədən yaxşı münasibətləri olub. Bu münasibətin yaranmasında vasitəçinin keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun olduğu deyilir.

Məlumatda qeyd edilir ki, QSC sədri Cavid Qurbanov Əli Bayramovun 3,5 milyon manata satdığı istixanasını onunla razılaşaraq pulunun bir hissəsini nəğd bir hissəsini isə bir neçə aya vermək şərti ilə alıb. Mənbə iddia edir ki, tərəflər arasında əldə olunan razılığa görə istixananın qarşılığında Cavid Qurbanov Əli Bayramova 1,3 milyon manat verib və qalan 2,2 milyon manatı isə 6 ay müddətində ödəyəcəyini deyib.

İnformasiya mənbəmiz bildirir ki, Əli Bayramovun artıq 2 ildir Cavid Qurbanovdan 2,2 milyon manatını heç cür ala bilmir. Belə ki, nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən çıxarıldıqdan sonra Əli Bayramov Cavid Qurbanovla borca görə bir neçə dəfə görüşmək istəsə də, buna nail ola bilməyib. Bir qədər sonra Azərbaycan dəmir yollarının şefi yaxın adamı vasitəsi ilə Əli Bayramova ismarıc göndərərək ortada hər hansı bir borcun qalmadığını və bu məsələnin tamamən unutmağı məsləhət görüb.

Bildirək ki, "Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov hazırda Haramı düzündə, Ziya Məmmədovun qardaşı, sabiq millət vəkili Elton Məmmədovla şərikli böyük bir təsərrüfat işlədir. Həmin təsərrüfatın gəlirlərinin il ərzində bir neçə milyon manat olduğu halda Əli Bayramovun çox kiçik vergi ödəyicisi olduğu deyilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. azmedia.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Bayramovun, Qurbanovla, hesablashmasi, 22, milyonluq, Cavid, Eli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ