SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elmira Axundovanın oğlundan polis haqda təhqiramiz ifadələr

Elmira Axundovanın oğlundan polis haqda təhqiramiz ifadələr

Tarix:

5-02-2018, 10:56

/ 1 846 dəfə oxundu.
Elmira Axundovanın oğlundan polis haqda təhqiramiz ifadələr

Deputat, Əfv Komissiyasının üzvü Elmira Axundovanın oğlu Həbib Axundovun adı illərdir ki, mətbuatda 8 milyon manatlıq dələduzluq olayından dolayı hallanır. Ötən müddətdə üzə çıxanlar olduqca ilginc bir mənzərəni ortaya qoyub. Bu haqda mətbuatda kifayət qədər fakt-sübutlara, səs yazılarına əsaslanan yazılar dərc olunub, tirajlanıb. Ara-sıra Elmira Axundova məsələyə münasibət bildirib oğluna haqq qazandırmağa çalışsa da, zərərçəkənlərin ortaya qoyduqlarını dəlillər deputatı çıxılmaz durumda qoyur…
Belə yazılardan biri 30.11.2015-ci ildə “Yeni Müsavat” qəzetində “Deputat oğlunun sensasion danışığı ortaya çıxdı” http://musavat.com/news/olke/deputat-oglunun-sensasion-danishigi-ortaya-chixdi_308334.html sərlövhəsi altında dərc olunub. Zərərçəkənlər deyirlər ki, həmin yazı 31 avqust 2013-cü ildə Elmira Axundovanın şəhər kənarındakı bağ evində qeydə alınan səs yazısına əsaslanır. Amma bir neçə məqam həmin yazıda əksini tapmayıb. 8 milyon manatlıq dələduzluq işi üzrə zərərçəkən vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov AzEuroNews.com –un redaksiyasına həmin səs yazısını təqdim ediblər. Səs yazısında deputat oğlu Həbib Axundov polis generalını korrupsiyada suçlayır, hüquq mühafizə orqanları haqda xoşagəlməz ifadələr işlətməklə aşağılayıcı fikirlər deyir. Zərərçəkənlər bildiriblər ki, həmin səs yazısını istintaqa da təqdim ediblər və araşdırılmasını istəyiblər.
► Həbib Axundov:

– “Bandotdel”ə ehtiyac yoxdur, ona görə ki, “bandotdel” sonra bizdən gəlib pul alacaq. Düz deyirəm yoxsa yox?

… müəllimə deyərəm eee, prosto sonra … müəllim deyəcək ki, adama 10 min şirinnik gətirin, mən bunun üstündə işləmişəm, bundan pul çıxarda bilmirəm. Ehtiyac olsaydı …….. müəllimə deyərdim.

► Naməlum zərərçəkmiş:

– Bunu onsuzda o qədər ərizə olandan sonra buraxa bilməzlər, bir paçka ərizə var burda.

► Həbib Axundov:

– Bir dənə soxub öldürməsinlər bunu.

► Naməlum zərərçəkmiş:

– Burdan çıxsa soxub öldürəcəklər bunu.

► Həbib Axundov:

– Yox eee burdan bunu itxanaya aparacayıq.

► Naməlum zərərçəkmiş:

– Qaqaş polis məntəqəsinə.

► Həbib Axundov (gülərək):

– Hə, polis məntəqəsinə də.
Həbib Axundov müstəntiq dostuna zəng edir:

– Seymur, eşidirsən? Deməli bizdə belə bir məsələ var, amma öz aramızda qalsın, burda hamıYasamal rayonu ərazisində olandı. Deməli, bir dənə qaqaş var, burda 10 nəfər oğlan oturub, o qaqaşı tutmuşuq. Bu qaqaş mənə və obşiy 10-12 nəfərə 3 milyon pul “atıb”. Piramida yaradıb. 3 milyon pul atıb. Təkcə mənim 735 min pulum orda var. Seymur, öz aramızda qalsın ha, heç kim bilməsin. Bu qaqaşı tutmuşuq və gətirmişik bağa, döymürük, heç nə eləmirik. Mən də 2 dənə kağız var, bir dənə 150 minlik, bir dənə də 735 minlik. Deməli bu neyləyib. Seymur, bu öz aramızda bizim pulu 1 il fırladıb, guya bizə xeyir verib. Bizim öz pullarımızı fırladıb və asta-asta təzə adamlar tapıb. Eləbil mal alır-satır, bir-birinə xeyir verir. “Obşiy” böyük pul alır, sonra gətirir verir. Belə-belə ana məbləği 3 milyona kimi qaldırır. İndi Seymur, bayırda bəzi adamlar var ki, bunu axtarırlar, tutsalar, soxub öldürəcəklər. Biz bunu “srok”a göndərmək istəyirik. Burda oturub. Biz bunu necə göndərək “srok”a? Notarius sənədi bizdədir. Sənin yanınaYasamala gətirək bunu? Bunu necə göndərək “srok”a? Xərci-zadı nədi ödəyək. Biz “uje” 3 milyondan keçmişik. Özünüz nə ala bilsəniz alın, amma buraxmayın bunu. Bizə lazımdır bu “srok”a getsin. Biz bunu döymürük. Sən istəyirsən gəl bura, Şüvəlana oturaq söhbət edək. Hamımız atışacayıq sənə pul verəcəyik, kimənə lazımdırsa orda verərsən. Lazım olar tapşırarıq. Əsas bu getsin içəri. 3 milyonu biz keçirik.

► Bağda olan zərərçəkənlərdən biri:

– Müstəntiqdir o?

► Həbib Axundov:

– Baş müstəntiqdir. Yasamalın. Seymurdur. Seymur, gəlirsən bu tərəfə? Puldu da, qaqaş.

– “Şto qovorit”?

► Həbib Axundov:

– Deyir gözləyin həll edirəm.

– Naxçıvanlı Seymurdur ?

► Həbib Axundov:

– Həri.

Bundan sonra telefon danışığı yekunlaşıb və müstəntiq özü Həbib Axundova zəng edib:

– Seymur, nə oldu? GətirirəmYasamala. Birdənə hamı sakit olsun, xahiş edirəm. Seymur, mən bunu gətirirəm, sən bunu buraxmayacaqsanki ?

– Mən bu gün “dejurnu”yam, rəislə-zadla danışım sonra. İndi sənə açıq deyim bu nə adla alıb pulu, harda alıb ?

– Qaqaş hamısını Yasamalda alıb.

– Bilirsən qaqaş, ya sən tapşırtdırarsan, ya da 5-10 manat hörmətlərin edək işi başlayaq.

– Bu getməlidir içəri.

– Mən ora gəlim, durum hara deyirsən gəlim, amma “lucşe” gətirinYasamala.

– “Vsyo” 1 saata gətiririk.

– “Vsyo” gətirin, çatana yaxın mənə zəng edin.

– Seymur kişi kimi söz ver, buraxmayacaqsan bunu ?

– Yox da, gətir bura. “Prosta” çatana yaxın zəng elə, mən evdəyəm, gəlim idarəyə. Bir dənə də şey deyim, neçə yaşı var bu adamın ?

– 29. Bu “çisto serdeçni priznaniya” yazır ki, pulları yemişəm, sizi fırlada-fırlada yemişəm.
Zərərçəkənlər deyirlər ki, bu danışıqların qurama olduğunu sonradan anlayıblar. Faktiki hər kəs Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanlarıdırlar. Amma həbsə alınan təkcə Elnur İbrahimovdur. İddia edirlər ki, danışıqlar əvvəlcədən planlaşdırılıb və onların verdikləri pullardan əl çəkmələrinə hesablanıb. Zərərçəkənlər deputat oğlunun onlardan alınan pullar hesabına aldığı əmlakların siyahısını da təqdim ediblər: “Həmin pullar hesabına Bakı şəhərinin A.Alı 45 ünvanında 5 mərtəbəli möhtəşəm bina, Nəsimi rayonu N.Rəfibəyli küçəsi 72 ünvanında 6 mərtəbəli ofis binası inşa etdirən Həbib Axundov qiyməti yüz min manatlarla ölçülən 4-5 ədəd bahalı avtomaşınlarda gəzməklə, London, Dubay, Türkiyədə kef məclisləri qurmaqla “Port Baku” yaşayış kompleksində 235 kv.metrlik lüks evində dəbdəbəli həyatını yaşayır. Bu adam Dövlət Gömrük Komitəsində 486 manat aylıq maaşa işləyib. Bu maaşla bu qədər obyekt və avtomaşınlara, villalara və daha nələrə sahiblənib? Həbib Axundovun və onun havadarlarının qanun qarşısında cəzalandırılması, bizə vurduğu maddi ziyanın ödətdirilməsi təmin olunmalıdır”.
Onların sözlərinə görə, deputat oğlu pulları yığandan sonra dostunu xaricə qaçırıb, uzun-uzadı müraciətləri nəhayətdə Elnur İbrahimovun 2017-ci ilin noyabırında Moskvada həbs olunaraq ölkəyə gətirilməsi ilə nəticələnib. Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır.
Zərərçəkənlər deyirlər 31 iyun 2013-cü ildə deputat Elmira Axundovanın Şüvəlanda yerləşən bağ evinə piramidaya cəlb edilmiş 15-20 nəfəri H.Axundov dəvət edib və orada özünün də zərərçəkən olduğunu göstərmək üçün bağdakı danışıqdan sonra Elnur İbrahimovu Yasamal RPİ-nə aparıb. Orada müstəntiq Seymur Hidayətzadə Elnur İbrahimovu sərbəst buraxıb. Hadisədən sonra Həbib Axundov Elnur İbrahimovu öz evində saxlayıb. 6 iyul 2013-cü il tarixində isə onu “Qəbələ Qafqaz Resort Otel”ə anası Elmira Axundovanın yanına aparıb. Bu görüşdən 2 gün sonra Elnur İbrahimov kimlərinsə köməyi ilə ölkə hüdudlarını tərk edərək Gürcüstana keçirilib. Oradan da Rusiyaya keçərək uzun müddət orada istintaqdan yayınıb. Bakı Şəhər Baş Polis İdarəsində Elnur İbrahimov barəsində cinayət işi başlanıb. Hazırda iş üzrə zərərçəkənlərin dindirilməsi, üzləşdirilməsi mərhələsidir. Zərərçəkənlər istintaqın gedişatından narazıdırlar. Prezident İlham Əliyevə, hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək deputat oğlunun əməllərinə qiymət verilməsini istəyirlər.

► P.S Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ