yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yoxlama daha bir məmurun sonunu gətirir: - KRESLOSU “YIRĞALANIR”

Yoxlama daha bir məmurun sonunu gətirir: - KRESLOSU “YIRĞALANIR”
2-02-2018, 09:16 206 dəfə baxılıb

Hesablama Palatası bu dəfə Meliorasiya və Su Təsərrüfatı ASC-də nöqsanlar aşkarlayıb. Belə ki, Hesablama Palatasının yaydığı məlumatda qurumun layihədə göstərilənlərdən daha zəif və keyfiyyətsiz işlər gördüyü məlum olub. Müvafiq sərəncamlarda artezian quyularının tikintisi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 ədəd artezian quyusu qazılıb. Subartezian quyularının hər biri üzrə suvarma potensialının orta göstəricisi 25-30 hektar torpaq səhəsinin suvarılması nəzərdə tutulduğu halda, 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədi 1-10 hektar, 34 ədədi 11-15 hektar, 42 ədədi 16-20 hektar, 66 ədədi 21-25 hektar, 105 ədədi 26 hektardan artıq torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2 faizi, 2016-cı ildə isə 61,9 faizinin layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edəcək.
Ehtimal olunur ki, aşkarlanan nöqsanlar qurumun rəhbəri Əhməd Əhmədzadənin də sonunu gətirəcək. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv olunması məsələsi uzun zamandır ki, gündəmdədir. Hələ 2016-cı ildən bu qurumun ləğv olunaraq aidiyyatı üzrə səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyi və “Azərsu” ASC arasında bölüşdürüləcəyi haqqında informasiyalar yayılırdı. O zaman yayılan informasiyalar hökumətin apardığı islahatlarla izah olunurdu. Xatırladaq ki, həmin dövrdə bir neçə dövlət qurumu ləğv olundu, bir neçəsi isə birləşdirildi. Publik hüquqi şəxsə çevrilən büdcə təşkilatları da oldu, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum niyəsə həmin prosesdən kənarda qaldı. Ancaq bu qurum müəyyən zamanlarda xüsusilə, korrupsiya faktlarına yol verməkdə günahlandırılır.
Görünən odur ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum haqqında yaxın zamanlarda yekun qərar veriləcək. Çünki bu dəfə səslənən iddia deyil, Hesablama Palatasının apardığı yoxlamaların nəticəsində aşkarlanan nöqsanlardır. Məlumatlara görə, Meliorasiya və Su Təsərrüfatı ASC ləğv olunduqdan sonra səlahiyyətləri təkcə yuxarıda adı çəkilən Kənd Təsərrüfatı Nazirliyi və “Azərsu” ASC-yə verilməyəcək. Səlahiyyətlərin bölüşdürülməsi məsələsində daha iki qurumun, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin də adı çəkilir ki, bu, daha real görünür.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də ləğv ediləcəyi gözlənilir. Hər iki qurum formal olaraq fəaliyyət göstərir. Bütün hallarda Meliorasiya və Su Təsərrüfatı ASC-nin yaxın gələcəkdə ləğv olunması realdır. Digər tərəfdən, Milli Məclisin üzvləri, hökumət rəsmiləri də bu qurumun ləğv olunacağı haqqında müxtəlif zamanlarda fikir bildiriblər. Görünən odur ki, yaxın gələcəkdə Əhməd Əhmədzadə işsiz qalacaq.
Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-də Hesablama Palatasının aşkarladığı nöqsanlarla bağlı artıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib. Növbəti mərhələdə isə aparılan audit yoxlamalarının nəticəsi haqqında Baş Prokurorluğa məlumat veriləcək. Ehtimal olunur ki, aparılan araşdırmalardan sonra qurumun gələcək taleyi ilə bağlı yekun qərar veriləcək və bu qərar da qurumun rəhbəri Əhməd Əhmədzadənin işsiz qalmasına səbəb olacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: getirir, bir, memurun, , Yoxlama, KRESLOSU, daha, sonunu, YRGALANR
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ