yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Heydər Əliyevin 95 illiyi ilə bağlı amnistya verilməsi təklif edilib

Heydər Əliyevin 95 illiyi ilə bağlı amnistya verilməsi təklif edilib
1-02-2018, 12:34 710 dəfə baxılıb

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə yanaşı, müstəqil Azərbaycanın memarı, dövlətçiliyimizin möhkəmlənməsinin banisi, 20 yanvar faciəsi zamanı dünyaya ilk olaraq sözünü çatdıran ümummilli lider Heydər Əliyevin 95 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı ilə bağlı də qərarlar qəbul edək”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, bununla bağlı "Amnistiya aktı"nın qəbul edilməsini, həbsdə olan bir sıra şəxslərin günahların bağışlanmasını təklif edib: "Humanizm ümummilli lider Heydər Əliyevin əsas prinsipi olub, onun ad günü ərəfəsində bir sıra amnistiya aktları olub, insanlar azadlığa çıxıb. Növbəti dəfə belə bir aktı hazırlamaqla yaxşı addım atmış olarıq”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Heyder, verilmesi, teklif, ile, Eliyevin, amnistya, illiyi, bagli, edilib, 95
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ