SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?

Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?

Tarix:

7-05-2016, 13:40

/ 2 463 dəfə oxundu.
Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?

“…Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz (Qurani-Kərim, Əl-Bəqərə, 275-276-cı ayələr)”.

Qurandakı bu ayələr insanların kədəri ilə sərvət toplayanlara cəmiyyətin də münasibətini göstərir.

Amma sələmçiləri cəhənnəmə düşmək qorxusu dayandırmır. Bu günlərdə bizə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib. O, Fatma Yolçiyeva adlı sələmçi qadının çevirdiyi fırıldağın qurbanı olduğunu bildirib.

“2011-ci ildə mənim pula ehtiyacım var idi, borca pul axtarırdım. Ortaq tanışlar vasitəsilə FaNotary_Services1tma Yolçiyeva adlı qadını tanıdım. Mən Fatmadan 10 min manat borc istədim və o, məndən Nərimanov rayonunda olan 55,4 kvadrat metrlik obyektimi, 3,4 sot torpağı girov istədi. Fatma mənə dedi ki, mənə o məbləği verə bilər, amma aylıq 10 faizlə. Mənə vacib pul lazım idi, ona görə razılaşdım. Onun sözlərinə görə, guya bu pulu başqasından alacaqdı və 10 min məbləğin 4 faizini əvvəlcədən “şapka” kimi götürəcəkdi. O demişdi ki, borc notarial qaydada rəsmiləşməlidir və mən də razılaşdım”, – deyə N.Zeynalov qeyd eidb.

“Məgər fiziki şəxslərin özgəsinin mülkiyyətini girov götürmək ixtiyarı var?”, – deyə soruşduq.

“Fatma Yolçiyeva dedi ki, var”, – deyə Nadir Zeynalov bildirdi. Bundan sonra, Nadir Zeynalovun sözlərinə görə, 2012-ci ilin 10 yanvar tarixində F.Yolçiyeva ilə Bakıdakı 9 saylı Notariat kontoruna gediblər.

“Mən içəri girmədim.Fatma mənə imzalamaq üçün boş blanklar gətirdi və dedi ki, sən sadəcə imza at, hər şeyi özüm edəcəm”, – deyə N.Zeynalov bildirib.
8 ay ərzində hər ay 1000 manat olmaqla, Fatma Yolçiyevaya 8 min manat verdiyini deyib: “Fatma Yolçiyevanın mənə verdiyi 10 min manatdan 500 manatını dərhal məndən aldı. Fatma məndən hər ay 10 min manatın 10 faizi kimi 1000 manat pul tələb etdi. Mən 8 ay içində ona 8 min manat verdim. Şahidlərim də var. Gördüm ki, ona 8 min manat pul vermişəm, hələ də 10 min manat qalıb, belə getsə, bu borc bitməyəcək. Fatmaya təklif etdim ki, gəl sənin pulunu tam qaytaraq, obyekti girovdan çıxardaq. Lakin Fatma Yolçiyeva mənim obyektimi qaytarmaqdan imtina etdi. Fatma mənə deyir ki, 55 min manat gətir, obyekti qaytarım. İndi mülkiyyətimi geri ala bilmirəm”.

Biz Nadir Zeynalovun dediklərini yoxlamaq qərarına gəldik və 9 saylı Notariat Kontoruna baş çəkdik. Məlum oldu ki, F.Yolçiyeva ilə N.Zeynalov arasında girov yox, alqı-satqı müqaviləsi imzalanıb.

Belə şey ola bilər? Axı Nadir Zeynalov deyirdi ki. Fatma Yolçiyeva ilə girov müqaviləsi imzalayıb.

Nadir Zeynalov kavkaznews.az-a bildirdi ki, o, boş blanklar imzalayıb və söhbətin alqı-satqıdan getdiyini bilməyib.

Şikayətçi buna isbat olaraq bizə həmin qadının ona sələm verdiyini təsdiq edən videonu təqdim edib.

Videoda Fatma Yolçiyeva adlı qadın həqiqətən də Nadir Zeynalova deyir ki, ona faizə pul verib, alqı-satqı işini isə 2012-də yox, 2013-də gerçəkləşdirib.

“Sən pulu qaytarmırdın, mən də səni tapmadım. Onda məcbur oldum sənin torpaq sahəni və obyektini alqı-satqı ilə adıma keçirim”, – deyə F.Yolçiyeva videoda etiraf edir.

“Mənim iştirakım və razılığım olmadan 9 saylı Notariat Kontoru alqı-satqını necə qeydə alıb?” – deyə Nadir Zeynalov həmin görüntülərdə soruşur, lakin F.Yolçiyeva bu sualı cavabsız qoyur.

Tanınmış vəkil Ramiz Zeynalov kavkaznews.az-a bildirdi ki, sələmçilik qanunsuz fəaliyyətdir və bu, Cinayət Məcəlləsi əsasında cəzalandırılır.

“Faizlə borc verən sələmçilər vergilərdən yayınır ki, bu da cinayət əməlidir”, – deyə R.Zeynalov vurğulayıb.

Biz Fatma Yolçiyevanın da fikrini öyrənmək istədik, lakin o, bizim sualları cavablandırmaqdan boyun qaçırdı.

Sözardı: Əgər Fatma Yolçiyeva haqlıdırsa və 9 saylı Notariat Kontoru həqiqətən də 2012-ci ilin yanvarında yox, 2013-cü ildə alqı-satqı edibsə, bəs niyə sövdələşmə 10 yanvar 2012-də rəsmiləşdirilib? Nadir Zeynalovun bizə təqdim etdiyi videoda Fatma Yolçiyeva etiraf edir ki, obyekti öz adına keçirərkən əsl sahibini xəbərdar etməyib. Bəs mülkiyyət sahibinin iştirakı olmadan, notarius bunu necə rəsmiləşdirib?

Biz bu suallara cavab tapmaq üçün araşdırmanı davam etdiririk.

Kavkaznews.az
Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?
Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?
Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?

Şərhlər

XƏBƏR LENTİ