SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həbsdəki iş adamının qardaşı Heydər Babayevdən danışdı: “O da MTN-ə 1,2 milyon verib”

Həbsdəki iş adamının qardaşı Heydər Babayevdən danışdı: “O da MTN-ə 1,2 milyon verib”

Tarix:

19-01-2018, 16:13

/ 1 490 dəfə oxundu.
Həbsdəki iş adamının qardaşı Heydər Babayevdən danışdı: “O da MTN-ə 1,2 milyon verib”

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib. Çingiz Cəlilov ittihamla özünü qətiyyən təqsirli bilməyib.
Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Janna Bağırova zərərçəkmişin – “Bank Standart”ın nümayəndəsinə suallar verib. Sual-cavab zamanı məlum olub ki, təqsirləndirilən Çingiz Cəlilov ümumilikdə 14 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham edilir. Zərərçəkniş tərəfin tələbi də bu qədərdir.
Məhkəmədə şahid qismində ilk olaraq Ç.Cəlilovun qardaşı, “Çudo Peçka” mağazalarının idarəçisi olmuş Pərviz Cəlilov dindirilib. Şahid deyib ki, 2001-ci ildən “Çudo Peçka” şirkətində baş direktor vəzifəsində işləyib. İlk mağazanı da həmin ildə açıblar. Daha sonra isə ildə 2-3 mağaza açmağa başlayıblar: “Bank Standard”dan 2006-cı ildən kredit götürməyə başladıq. Biz hər ay banka 600 min manat pul qaytardıq. 2011-ci ildə bankın sabiq sədri Səlim Kirman bizə birgə işləməyi təklif etdi. Biz əvvəl razı olmadıq, çünkü banka borcumuz var idi. Məcbur olduq, onlar deyən şərtlərlə razılaşdıq. Sonra bizi şirkətə yaxın buraxmadılar. Məhkəməyə müraciət etdik. 2016-cı ildə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət yenidən bizə qaytarıldı”.
Vəkil Janna Bağırovanın suallarını cavablandıran P.Cəlilov söyləyib ki, “Bank Standard”a ümumilikdə 15 milyon manat kredit ödəyiblər: “Şirkəti onlara təhvil verəndə hər şey dağılmışdı. İşçilərin maaşlarını belə vermirdilər. Hətta işçilərin əmək haqqısını pul əvəzinə mobil telefonla ödəyirdilər. Sonra mənə Səbail Rayon Məhkəməsindən banka 23 milyon manatlıq borcla bağlı bildiriş gəldi. Bu barədə Səlim Kirmanla əlaqə saxladım. Dedim ki, “biz belə danışmadıq, indi niyə belə oldu?” Səlim Kirman da mənə “bu barədə rəhbərliyin göstərişidir” dedi. Bildiyim qədəri ilə bankın rəhbəri Heydər Babayevdir. Səlim Kirman da Heydər Babayevi və onun həyat yoldaşını nəzərdə tuturdu. Axı mən Heydər Babayevi deyil, Səlim Kirmanı tanıyırdım”.
P.Cəlilov məhkəmədə qeyd edib ki, 2010-cu ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nazirliyə çağırılıb. O, “MTN işi”də zərərçəkmiş kimi tanınmadığını bildirib. P.Cəlilov söyləyib ki, ondan MTN-də 2 milyon pul tələb ediblər. Amma o, 1 milyon 200 minə razılaşaraq çıxdığını söyləyib. Şahid P.Cəlilovun sözlərinə görə, “Bank Standard”dan ümumilikdə 18 milyon manat kredit götürüblər, həmin pullardan 15 milyon manatını ödəyiblər.

Məhkəmə iclası yanvarın 25-də davam edəcək.
Xatırladaq ki, Baş Prokurorluq iş adamın həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ