SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur…

Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur…

Tarix:

19-01-2018, 12:05

/ 1 777 dəfə oxundu.
Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur…

Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən çıxarılsa da, onun şəkilləri hələ də nazirliyə məxsus binalarda qalmaqda davam edir.
Nazirlikdən Modern.az-a bildirilib ki, ola bilsin eks-nazirin şəkillərini qurumun binalarındakı lövhələrdən yığışdırmaq hələ heç kəsin ağlına gəlmir.

“Amma yəqin ki, özü və kadrları nazirlikdən uzaqlaşdırılan Fazil Məmmədovun şəkilləri də tezliklə çıxarılıb atılacaq”,-nazirlikdən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci ilin dekabrın 5-də Fazil Məmmədovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin həmin gün imzaladığı digər sərəncamla onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ