SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şeyx Həmzətin adamı Lotu Quliyə mesaj göndərdi - əlində xəncər, çiynində avtomat, üzü maskalı

Şeyx Həmzətin adamı Lotu Quliyə mesaj göndərdi - əlində xəncər, çiynində avtomat, üzü maskalı

Tarix:

19-01-2018, 10:10

/ 1 480 dəfə oxundu.
Şeyx Həmzətin adamı Lotu Quliyə mesaj göndərdi - əlində xəncər, çiynində avtomat, üzü maskalı

Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, "Şeyx Həmzət" ləqəbli kriminal avtoritet Həmzət Qastəmirovun adamları Lotu Qulidən qisas almaq üçün Türkiyəyə gəliblər.

GoldNews.az xəbər verir ki, onlar qısa zamanda Qulidən qisas alacaqlarını videomesaj vasitəsi ilə bildiriblər. Videomesajda əlində xəncər və çiynində avtomat tutan şəxs Antalyada olduqlarını və qisas almağa hazırlaşdıqlarını söyləyib.

"Qardaş, sən necə desən, elə də olacaq. Başqa cür ola da bilməz", -deyə videoda Şeyx Həmzətin adamı bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Lotu Qulinin adamları tərəfindən Şeyx Həzət Qastamirova qarşı sui-qəsdə cəhd olunub.

Türkiyə Xüsusi Xidmət Orqanları tərəfindən əldə olunmuş telefon danışıqları və müəyyən materiallar Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan Şeyx Həmzətə göndərilib.

Materiallardan müəyyən edilib ki, Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Həmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib.

Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Həmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.

Şərhlər

XƏBƏR LENTİ