SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 102 saylı məktəbin müəllimi qarı fürsətə çevirdi – Qeyri-qanuni addım

102 saylı məktəbin müəllimi qarı fürsətə çevirdi – Qeyri-qanuni addım

Tarix:

17-02-2017, 21:27

/ 4 051 dəfə oxundu.
102 saylı məktəbin müəllimi qarı fürsətə çevirdi – Qeyri-qanuni addım

Hava şəraiti paytaxtın bir sıra məktəblərində davamiyyətə təsir göstərib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi də hava şəraitinin kəskin dəyişməsi və qar yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət göstəricisinin digər günlərə nisbətən aşağı düşdüyü barədə məlumat yayıb.

Lakin Binəqədi rayonu 102 saylı məktəbin valideyn və müəllimlərinin bu günlə bağlı planına xeyli orijinal deyə bilərik.

Məktəbin ibtidai sinif şagirdlərinin valideynlərinin saytımıza verdiyi məlumata görə, dünəndən bəzi valideynlər uşaqları dərsə buraxmamaq barədə razılığa gəliblər. Onlar iddia edir ki, valideynlərin “Votsap” qrupunda bu məsələ müzakirə edilib. Əksəriyyət razı olsa da, etiraz edənlər də olub. Bundan xəbərdar olan müəllim isə bildirib ki, o zaman heç kim gəlməsin. 5-6 nəfərə görə məktəbə gələsi deyil. Tərəflər arasındakı razılaşmaya əsasən, bu gün valideynlər uşaqlarını məktəbə aparmayıb.

Məsələ ilə bağlı məktəblə əlaqə saxladıq. Telefona cavab verən direktor Mailə İsmayılovanın katibəsi iclasda olduğunu, sonra da məktəbdə olmadığını dedi.

Özünü ibtidai sinif üzrə direktor müavini kimi təqdim edən Nisə müəllimə məktəbdə davamiyyətin çox yaxşı olduğunu bildirdi. Valideynlərin sözlərinə gəldikdə, o bu məlumatın yalan olduğunu dedi: “Hazırda hava şəraiti ilə bağlı hər sinifdə 3-4 şagird dərsə gəlməyib. Onlar da əsasən uzaq məsafədən gələnlərdir. İbtidai siniflərdə davamiyyət normaldır”.

Məsələnin araşdırılması barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Nəticə barədə məlumat verəcəyik.

Şərhlər

XƏBƏR LENTİ