SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, univermağın sahibi...

Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, univermağın sahibi...

Tarix:

15-01-2018, 16:28

/ 3 699 dəfə oxundu.
Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, univermağın sahibi...

Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

Bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub.

Məlumata görə, gəlin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır.

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

Qeyd edək ki, "Qafqazinfo" saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə "Moskva" univermağının sahibi olduğunu yazıb.
Toy sahiblərinin yaxınları "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildiriblər ki, türkiyəli sənətçilərin xəbərdə qeyd olunduğu kimi 400 min dollara toya dəvət olunmaqları yalandır. Əlavə edilib ki, bu qiymət dəfələrlə şişirdilmiş və qeyri-ciddi informasiyadır. Lakin onlar sənətçilərin hansı qiymətə toya dəvət edildiklərini açıqlamayıblar.

Şərhlər

XƏBƏR LENTİ