yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Tahir Kərimov və qardaşının adı torpaq qalmaqalında - İTTİHAM

Tahir Kərimov və qardaşının adı torpaq qalmaqalında - İTTİHAM
12-01-2018, 16:27 112 dəfə baxılıb

Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 100-də yaşayan Süleymanov Vidadi Firudin oğlu və Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 106-da yaşayan Hüseynova Fəridə Bəşir qızı "Təzadlar"a şikayət məktubu göndəriblər.
Şikayətçilər yazır ki, 30 ildir sözügedən ünvanda yaşayırlar. Və 25 ildir həmin ünvanlara qeydiyyat vəsiqəsi alıblar. Məktubda daha sonra bildirilir ki, yaşadıqları evlərin qabaq hissəsində saldıqları bağ sahəsinə 2005-ci ilin mart ayında M.Ə.Rəsulzadə Bələdiyyəsinin 53 və 54 saylı qərarı ilə ödəniş edilməklə 900 sahə Vidadi Süleymanovun, 400 sahə ödəniş edilməklə Fəridə Hüseynovanın mülkiyyətinə verilib.
Bağ sahəsinə 150-yə yaxın meyvə ağacı əkilib, ərazi daş hasara alınıb, 7 ildir "Azercell" və "Bakcell" şirkətləri ilə müqavilə bağlanılıb və şəbəkə quraşdırılıb. 2006-cı ildə həyat yoldaşı vəfat etdikdən sonra 3 övladını təkbaşına böyüdən müəllimə Fəridə Hüseynovanın və Vidadi Süleymanovun həmin torpaq sahəsi maddi dayaqları olub. Amma…
"2014-cü ildə Binəqədi Rayon Polis İdarəsinə dəvət olunduq. Məlum oldu ki, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimov və onun qardaşı Qabil Kərimov bizim torpaq sahəsinə Binəqədi Bələdiyyəsinin sərəncamını və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında Əmlak Məsələləri Dövlət Komitəsindən çıxarış alıb, ünvan isə Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsi göstərilib. Halbuki bizim evlərlə 9-cu mikrorayon arasındakı ərazidə 30-a yaxın ev var. Binəqədi Bələdiyyəsi ilə heç bir həmsərhədliyimiz yoxdur. Binəqədi Bələdiyyəsinin hazırkı sədri Sitarə Cabbarlının verdiyi arayışda göstərilir ki, sözügedən ərazinini Binəqədi Bələdiyyəsinə heç bir aidiyyəti yoxdur.
Bu barədə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Tahirə Əsədovanın Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə ünvanladığı məktuba cavab olaraq bildirilir ki, Binəqədi rayonunda belə bir ünvan mövcud deyil.
Baş prokrorluğa xüsusi qərar da göndərildi. Hakim Tahirə Əsədova öz qərarını ləğv etdi. Prokurorluğun araşdırması zamanı Binəqədi Bələdiyyəsinin keçmiş sədri Natiq Məmmədov izahatında cinayət törətdiyini, başqa əraziyə saxta sənəd verdiyini etiraf etdi.
Saxta sənəddən istifadə edən Qabil Kərimovun işinin araşdırılması Binəqədi RPİ-nə göndərildi. Müstəntiq Azər Sultanov qərarında göstərdi ki, Qabil Kərimovun şəxsiyyətini müəyyən etmək mümkün olmadığına görə işin dayandırılmasına qərar verib.
Lakin bundan sonra Qabil Kərimov dəfələrlə bizim yaşadığımız evə basqın edib, həyətin daş hasarının bir hissəsini söküb, meyvə ağaclarını sındırıb, ümumilikdə, 2500 manata qədər maddi ziyan vurub, fiziki təzyiqlər göstərib.
Bu barədə DİN-in "102 xidməti"nə müraciət etmişik. DİN-in müstəntiqi Tofiq Nəbibəyli tərəfindən 24 avqust 2016-cı il tarixdə CM-nin 221.2.1 maddəsi ilə cinayət işi başlandı. Ancaq bir müddətdən sonra məlum oldu ki, cinayət işi bilinməyən səbəbdən Binəqədi RPİ-nə göndərilib və müstəntiq Cavid Əhmədov tərəfindən işə xitam verilib.
Hörmətli redaksiya!
2014-cü ildən indiyə kimi bu işə 3 dəfə 1 saylı İnzibati-İqtisadi Məhkəməsində, 3 dəfə Ali Məhkəmədə, 4-cü dəfədir Bakı Apellasiya Məhkəməsində baxılır.
Bu haqsızlıqla üzləşdiyimizdən bəri bizi bir məsələ çox narahat edir. Görəsən, başımıza gətirilənlər ölkə qanunlarının boşluğudan irəli gəlir, yoxsa Salyanın keçmiş icra başçısı Tahir Kərimovun imkanlarının qanunlara güc gəlməsindən?!
Onu da xatırladırıq ki, torpaq islahatı haqqında qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bəs niyə məhkəmələr bu qanunu nəzərə alaraq ədalətli qərar vermirlər?!"
Sonda məktub müəllifləri qəzetimiz vasitəsilə şikayətlərini aidiyyəti qurumlara çatdırmağı xahiş edirlər.
Məsələ ilə bağlı şikayət məktubunda adı çəkilən şəxslərin fikrini öyrənmək cəhdimiz alınmadı.
Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ve, TTHAM, adi, Tahir, torpaq, qardashinin, qalmaqalinda, Kerimov,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ