yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Əgər "Azərbaycan İnsan Hüquqları Evi" Tbilisdə yaranacaqsa..." - İTTİHAM

11-01-2018, 11:10 93 dəfə baxılıb

"Azərbaycan İnsan Hüquqları Evi" nə üçün dağıldı və necə yenidən dirçəldi?

"Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov öz şəxsi bloqunda, adını "insan hüqüqlarının cəfakeşi" kimi təqdim edən, əslində isə bu ad altında qaranlıq fəaliyyət göstərən xarici təşkilatlardan birini sərt tənqid edib.

Ə. Həsənov yazır ki, bir zamanlar "Norveç İnsan Hüquqları Fondu" Bakıda "Azərbaycan İnsan Hüquqları Evi" (AİHE) adı altında bir təşkilat yaradıb: "Bu təşkilatı uzun mübarizədən sonra qeydiyyatdan keçirə bildik. AİHE-ə Azərbaycanda insan hüquqları ilə məşğul olan bütün təşkilatlar daxil olmuşdular. Hər şey guya qaydasında idi. Fəaliyyət göstərdiyi bütün ölkələrdə Norveç İnsan Hüquqları Evi yaradılan filiallar üçün ofis alırdı və onu üzv təşkilatların istifadəsinə verirdi. Bu, yalnız Azərbaycanda baş vermədi. Misal üçün, bizdən çox sonralar yaranan Gürcüstan və Ermənistanda fəaliyyət göstərən "Ev"lərə ofis almaq asan oldu. Azərbaycanda isə bunu etməyə imkan və istək olmadı. Əvvəla, koordinatorlar (Vuqar Qocayev, Şəhla İsmayıl) hər dəfə ev üçün böyük ofisin alınmasını iddia edirdilər. Buna isə Norveç İnsan Hüquqları Fondu vəsait tapa bilmirdi və yaxud razı olmurdu. Misal üçün Gürcüstanda 250.000 avroya ofis ala bilmişdilərsə Bakıda koordinatorlar Norveçdən olan partnyorlara 1 milyonluq binaları göstərirdilər ki, bu da qeyri-real təkliflər idi. Onlar bunu nə üçün edirdilər aydın deyildi".

Əvəz Həsənovun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat - "Humanitar Tədqiqatlar Cəmiyyəti" "Azərbaycan İnsan Hüquqları Evi" yaranan gündən onun təsisçilərindən biri olub, təşkilatın işində fəal iştirak edib. Lakin 2012-ci ildən başlayaraq evin üzvləri arasında yaranan münaqişədən sonra evin fəaliyyəti faktiki olaraq iflic olub: "Əvvəlcə evin alınması ilə bağlı problem yarandı, Norveç Fondu bütün respublikalarda fəaliyyət göstərən evlər üçün ofis alacağı halda, bunu Azərbaycanda edə bilmədi. Bunun bir səbəbi, Norveç Fondunun pul tapa bilməməsi olsa da, digər səbəb Azərbaycanlı tərəfdaşlar arasında yaranan münaqişə idi. İş o yerə çatmışdı ki, Norveç İnsan Hüquqları Fondunun əməkdaşları bizim toplantılarda təhqir olunurdular. Biz sona qədər Evin işində iştirak etdik. Lakin partnyorların separat münasibətləri, yeni hüquq müdafiəçilərinin klassik hüquq müdafiəçilərinə qarşı yazdığı iftiralar, hətta onları üzvlükdən çıxarmaq cəhdləri evin işini tamamilə iflic etdi. Misal üçün, "İnsan Hüquqları Müdafiə Mərkəzi"ni üzvlükdən kənarlaşdırmaq istəyirdilər. Mən və Dilarə Əfəndiyeva buna qarşı qəti etiraz etdik və uzun mübahisəmiz oldu. Az keçməmiş isə Ev öz fəaliyyətini dayandırdı".

Hüqüq müdafiəçisinin sözlərinə görə, bundan sonra "Azərbaycan İnsan Hüquqları Evi"nin qeydiyyatı ləğv edilib. Buna səbəb qanunvericiliyin dəyişməsi olub. Çünki yeni qanunla, beynəlxalq təşkilatlara ölkədə fəaliyyət göstərmək üçün hökumət ilə ikitərəfli müqavilə imzalamaq təklif edilirdi.

"Norveç İnsan Hüquqları Fondunun direktoru Maria Dahle adlı xanım isə AİHE üzvləri arasında intriqaların aparılmasında və dərinləşməsində mahir ustalardan biridir. Maria Dahlenin istəyinə uyğun olaraq evin üzvləri iki cəbhəyə bölünmüşdülər: Emin Hüseynov, Rəşid Hacılı, Rəsul Cəfərov, İntiqam Əliyev onun əsas istinad etdiyi qrup, Eldar Zeynalov, Novella Cəfərova və Əvəz Həsənov isə evdən kənarlaşdırmaq istədiyi qrupda idi. Koordinator funksiyasını icra edən Şəhla İsmayıl isə neytral mövqe tutmağa çalışırdı. Dəfələrlə bu qruplar arasında münaqişə yaranmasına baxmayaraq onu mətbuat üçün açıqlamırdıq. Çünki biz vətəndaş cəmiyyətinin miskin vəziyyətini bilirdik. Maria Dahle isə bundan sonra heç kimə xəbərdarlıq etmədən evin fəaliyyətini dondurdu. Dəfələrlə Bakıya səfər etsə də uzaqlaşdırmaq istədiyi qrupla görüşmədi. Yalnız 2017-ci ilin ortalarında Bakıya səfəri zamanı yenidən bütün üzvlərlə görüşdü və yeni üzvlərin toplanmasına qərar verdiyini elan etdi. Biz bütün bu yaşananlara baxmayaraq yenidən üzvlük üçün ərizə ilə müraciət etdik. Biz Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin nə zamansa düzələcəyinə, bu işdə vətəndaş cəmiyyətinin rolunun artmasına hüquq müdafiəcçilərinin birliyinə inandığımızdan üzvlük üçün maraqlı idik. Ərizələrin baxılması prosesini 2 ay uzadan fond bizə üzvlükdən imtina məktubu yazır və bəlli olur ki, bizim fondun fəaliyyəti ilə bağlı etdiklərimiz və yuxarıda sadalanan çatışmamazlıqları vurğulamağımız onların xoşuna gəlməyib. Maria Dahle öz istəyinə nail ola bilib onun üçün loyal ola biləcək qrupdan İntiqam Əliyev (vəkil), Anar Məmmədli (seçki məsələləri üzrə ekspert) və Şəhla İsmayıl (Gender problemləri üzrə expert) 3 nəfəri özünə partnyor seçib. Yəni, ölkədə hüquq müdafiəçisi kimi tanınmış digər köhnə üzvlər Novella Cəfərova, Eldar Zeynalov və Əvəz Həsənov onun gələcək planlarına daxil deyil".

Əvəz Həsənov deyir ki, biz həmkarlarına insan hüquqlarının qorunması istiqamətində ata biləcəkləri istənlən addıma görə uğurlar diləyir, onların hər birinin potensialına inanırlar; lakin hüquq müdafiəçilərinin ətrafında qurulan oyunlardan uzaq durmalarını tövsiyə edirlər: "Xüsusən də "Norveç İnsan Hüquqları Fondu"nun müəmmalı oyunlarının Azərbaycanda intriqaların salınmasında az rol oynamadığını nəzərə alaraq. Gəzən şayiələrə görə isə, Azərbaycan "İnsan Hüquqları Evi"ni Tbilisi şəhərində açmaq qərarına gəliblər. Evin digər ölkədə açılması təcrübəsi olduğundan bu şayiə heç də əsassız olmaya bilər. Əgər "Azərbaycan İnsan Hüquqları Evi" Tbilisdə yaranacaqsa, deməli, fondun rəhbərliyinin öz istəyinə uyğun olan planları əsasında işi aydındır. Bakıda vətəndaş cəmiyyəti təmsilçilərinin məhkəməsində iştirak edən, fond tərəfindən ezamiyyə olunan bir nəfər gürcü hüquqşunasın dediyi ki, "Azərbaycanla bağlı işlərin Gürcüstandan idarə olunması bizim üçün daha asandır".

Ə.Həsənovun fikrincə, ölkə daxilində vətəndaş cəmiyyəti nümayəndələrinin, xüsusən də hüquq müdafiəçilərinin potensialı zəiflədikcə, kənarda fəaliyyət göstərib, ölkədə insan hüquqları ilə bağlı bəyanatlar verən və iş təşkil edən təşkilatların imkanları geniş olacaq: "Layihələr hesabına şişirdilən QHT-lərin potensialı layihələr bitəndən sonra sabun köpüyü kimi dağıldı. Yalnız uzun illərdir ictimai fəaliyyətini altruzim və yaxud layihələr hesabına inkişaf etdirən çox az sayda fəallar vətəndaş cəmiyyəti adını qorumaqda davam edərək qala bildilər".

aznews.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: nsan, Tbilisde, Eger, Azerbaycan, , TTHAM, Huquqlari, Evi, yaranacaqsa
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ