yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun keçmiş müşaviri həbs oluna bilər

Ziya Məmmədovun keçmiş müşaviri həbs oluna bilər
8-01-2018, 09:09 48 dəfə baxılıb

Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyev həbs oluna bilər.

Bu haqda İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Çingiz Baxşıyevin şikayəti əsasında 1 ildən çox həbsdə olan və bəraət alan Rövşən Əhmədovun özünü öldürmək istəməsində əsas suçlu şəxs kimi sabiq müşavirin adı keçir. Rövşən Əhmədovun özünü öldürmək istəməsi faktına görə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Bildirlir ki, özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanmış cinayət işində əsas təqsirləndirilən şəxs Çingiz Baxşıyev ola bilər.
Yaxın günlərdə Çingiz Baxşıyevi bu iş üzrə çağırıb dindirəcəklər. Bundan sonra sabiq müşavir həbs oluna bilər. Rövşən Əhmədov ötən ilin son günlərində özünü zəhərləyərək komaya düşmüşdü. Bundan əvvəl isə məktub yazıb ölümündə Çingiz Baxşıyevi günahlandırmışdı. Ona və ailəsinə qarşı təzyiqlər etməsindən dolayı həyatla vidalaşmaq qərarını verdiyini yazmışdı. Bundan əvvəl isə Rövşən Əhmədov sabiq müşavirin işləri barədə ciddi ittihamlar səsləndirmişdi.
“Çingiz Baxşıyev müşavir olanda təxminən 1000 manat maaş alırdı. Amma o narkomaniya ilə məşğul olurdu. Məni o işin dalıyca getmədiyin üçün tutdurdu. Mən bir dəfə Çingizi aeroportda qarşıladım. Şəhərə gələndə o arxada başqa adamla oturmuşdu, mən də öndə idim. Həmin şəxslə aralarında rus dilində danışırdı, elə bilirdi mən başa düşmürəm. Ət işindən danışırdılar, amma söhbət milyon dollarlardan gedirdi. Ət isə 80 min manat idi. Mən ona yalandan dedim ki, xəstəyəm, ətin dalıyca gedə bilməyəcəm. Əsəbiləşdi, başqa adam göndərdi. Təxminən 20 gün sonra məni çağırıb dedi ki, “get “3-ün kruqu”ndan ətin pulunu götür”. Mən gedib orada tanımadığım bir polis işçisindən 500 min dollar götürdüm, səhəri yenə eyni yerdə eyni adamdan 500 min aldım, birisi gün isə 360 min dollar götürdüm. Pulların hamısını da aparıb kürəkənigilə qoyduq” – deyə Rövşən Əhmədov bildimişdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Ziya, Memmedovun, biler, oluna, hebs, kechmish, mushaviri
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ