yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mikayıl Cabbarov prezidentin işdən çıxartdığı şəxsə vəzifə verdi

Mikayıl Cabbarov prezidentin işdən çıxartdığı şəxsə vəzifə verdi
7-01-2018, 13:06 157 dəfə baxılıb

Vergilər Nazirliyində daha bir kadr təyinatı olub.

Nazir Mikayıl Cabbarovun əmri ilə Xəqani Abdullayev nazir müşaviri təyin olunub.

Məlumat üçün bildirək ki, bundan əvvəl Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ötən ilin avqustun 1-də prezident İlham Əliyevin imzaladığı sərəncamla işdən azad olunmuşdu. Bir müddət öncə mediaya açıqlama verən X.Abdullayev bildirmişdi ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, qeyd etmişdi ki, tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır.

Mia.az-ı məlumatlandıran şəxs onu da qeyd edib ki, X.Abdullayev bank-maliyyə sektorunda ölkənin aparıcı mütəxəssislərindən sayılır. Bu səbəbdən də onun Vergilər Nazirliyində mühüm posta təyinatı səbəbsiz deyil.

Onu da nəzərə çatdıraq ki, X.Abdullayevin qarşıdakı dövrdə nazir müavini təyin olunacağı da gözlənilir.

mia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ishden, vezife, prezidentin, Mikayil, chixartdigi, verdi, shexse, Cabbarov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ