yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Etibar Pirverdiyevin adından istifadə edən kimdir? - İDDİA

Etibar Pirverdiyevin adından istifadə edən kimdir? - İDDİA
7-01-2018, 13:04 78 dəfə baxılıb

Ötən il noyabrın axırında tanınmış vəkil, vəkillər kollegiyasının üzvü, hər bazar günü axşam saat 22:00-da Lider TV-də efirə çıxan “Hüquq və Ədalət” verilişinin aparıcısı Adəm Məmmədovdan götürdüyümüz müsahibədə bir məqamı yenə xatırlatmaq istəyirəm. “Azərbaycanda ən çox hansı cinayətlər üstünlük təşkil edir” – sualına A.Məmmədov cavab vermişdir ki, dələduzluq cinayətləri çox geniş yayılıb.

Bu gün doğrudan da bir-birini aldatma yolu ilə külli miqdarda pul, əmlak, obyekt, mənzil, torpaq ələ keçirmək sanki adi hala çevrilib. Baxmayaraq ki, bütün bunların sonu həbs cəzası ilə yekunlaşır. Elə redaksiyamıza müraciət edən Bayıl qəsəbəsi, Salyan şössesi 32 ünvanda yaşayan Həsənəliyev Cəfər Qürbət oğlu da məhz bu mövzuda şikayətçidir. C.Həsənəliyev istəyir ki, biz onun problemini baş prokuror cənab Z.Qaralovun və daxili işlər naziri cənab Ramil Usubovun diqqətinə çatdıraq. C.Həsənəliyevin söhbətlərindən və yazdıqlarından aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Bağ Park küçəsi, ev 19 a-da yaşayan Ağayeva Rübabə Cəlal qızı aldatma yolu ilə onun 143 min manat pulunu mənimsəyib. Bəs hadisə necə olub? Deməli, Mərkəzi Univermaqda (MUM) C.Həsənəliyevin və daha iki nəfər Lalə İbrahimovanın və Hüseyn Əlizadənin qızıl mağazaları var. Daimi müştərilər bu mağazalardan nisyə qızıl-zinət əşyaları götürüb, sonradan pullarını qaytarırlar. Yaxşı olar ki, bu barədə C.Həsənəliyevin özünü dinləyək: “Rübabə Ağayeva bizim daimi müştərilərimizdən olub. Bəzən 10,20, hətta 50 min mnatlıq mal götürüb, sonradan pulunu verirdi. 98 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları götürüb, hələ ki, pulunu verməmişdir. Elə o vaxtlarda R.Ağayeva bildirdi ki, əri Faiq Ağayev “Azərenerji”nin tabeliyində olan və Sumqayıtda yerləşən Sumqayıt Sənaye Texnologiya Parkında (STP) vəzifədə işləyir. Ona görə də Lalə İbrahimovanın oğlunu 40 min manat pulun müqabilində ayda 1500 manat maaşı olan işə düzəldə bilər. Bu məqsədlə elə L.İbrahimovanın yanında həyat yoldaşı F.Ağayevə zəng edib, təsdiqləyici cavab alır və telefonu Lalə xanıma verib. L.İbrahimova da öz növbəsində dönə-dönə soruşub ki, o, indi 40 mini versə, oğlu işə düzələ biləcəkmi? F.Ağayev telefonda əminliklə bildirib ki, heç bir problem yoxdur, oğlunu həmin pulun müqabilində işə düzəldə biləcək. L.İbrahimova da 40 min manat dəyərində qısıl-zinət əşyalarını qaytarmamaq şərti ilə R.Ağayevaya verir. Beləliklə, 40 min manat belə, 98 min manatdan da çox dəyəri olan qızıl-zinət əşyaları da əvvəlcədən R.Ağayevanın sayəsində ələ keçirilib. Nəticədə nə Lalənin oğlu işə düzəlib, nə də əvvəlki 98 min manat qaytarılıb.”. Bizimlə söhbətində C.Həsənəliyev bütün bunları təsdiq edən R.Ağayevanın əli ilə yazılıb imzalanmış və götürdüyü qızıl-zinət əşyalarının siyahısı əks olunmuş öhdəlik kağızını təqdim etdi. Deməli, R.Ağayeva Cəfər Həsənəliyevdən, Lalə İbrahimovadan və Hüseyn Əlizadədən aldıqları qızılların siyahısını öz əli ilə bir-bir yazıb. Məsələn: C.Həsənəliyevə verdiyi öhdəlik kağızında oxuyuruq: “Mən Ağayeva Rübabə Cəlal qızı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yaşayan Həsənəliyev Cəfər Qürbət oğlundan müxtəlif növdə qızıl əşyaları götürdüm. Götürdüyüm əşyaların adı:
750-sep-qolbaq, 115 qr.=9200 m.
750-klon-10.5 qr=840 m.
Kişi saatı 750. 70.53=5642 m.
750-qolbaq. 19.5=1560 m.
750-üzük-4.5=360 m.
Obşi malın dəyəri 17.602 manatlıq qızıl-zinyət əşyaları götürdüm. Avqustun 29-u götürdüm. 17.602 manatı sentyabrın 29-da ödüyəcəyəm. Bu öhdəliyi götürürəm ona görə ki, əgər bu pulu ödəməsəm, vaxtında qanunu şəkildə nə nəzərdə tutulursa məsuliyyətimlə cavab verməyə hazıram. Bunu imzamla təstik edirəm”.
29.08.2017-ci il və imza.

Etibar Pirverdiyevin adından istifadə edən kimdir? Yazıdakı qrammatik səhvlərə toxunmadıq. Göründüyü kimi Rübabə Ağayeva C.Həsənəliyevdən qızıl-zinət əşyalarını götürdüyünü təsdiq edir. Eyni məzmunlu öhdəlik kağızını həm L.İbrahiımovaya, həm də H.Əlizadəyə imzalayaraq təqdim edib. Hüseyn Əlizadədən götürdüyü qızıl-zinət əşyalarının ümumi dəyəri 12.222 manat, L.İbrahimovadan isə götürdüyü qızıl-zinət əşyalarının dəyəri 51.232 manatdır. Hamısını da R.Ağayeva öz imzaları ilə təsdiq edib. Verilən müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, R.Ağayeva pulu ödəmək istəməyib. Belə çıxır ki, R.Ağayeva bu insanların etibarından sui-istifadə edərək, aldatma yolu ilə onların külli-miqdarda əmlakını ələ keçirib. Bəs, R.Ağayeva kimə arxayın olub, bu qədər pulu mənimsəməyi qarşısına məqsəd qoyub? Yenə C.Həsənəliyevi dinləyək: “R.Ağayeva bildirir ki, onun əri Faiq Ağayev “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin Qusarda sinif yoldaşı olub. Ona görə də bizə heç kəs heç nə edə bilməz. Mən də Etibar Pirverdiyeva teleqram vurdum ki, mənim pulumu qaytarsın. Bu teleqram əsasında məni köməkçisi qəbul etdi və bildirdi ki, elə bir adamın – yəni Faiq Ağayevin E.Pirverdiyevə heç bir aidiyyəti yoxdur. Ancaq fakt budur ki, F.Ağayev “Azərenerji” ASC-nin tabeliyində olan STP-də işləyir və hər yerdə Etibar Pirverdiyevin adından istifadə edir. Ona görə də biz artıq hüquq-mühafizə orqanlarına müraciət etmişik. Bizim müraciətimiz əsasında Səbail Rayon Polis İdarəsində 4 dekabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə 170206079 saylı cinayət işi açılıb. İstintaq hərəkətlərini müstəntiq Emin Muxtarov həyata keçirir. Yəqin ki, haqq-ədalət öz yerini tapacaq və dələduzlar layiqli cəzalarını alacaqlar”.
Əlbəttə burada çox ciddi ittihamlar səsləndi. Ona görə də KİV haqqında qanunauyğun olaraq, əks tərəfin də mövqeyini öyrənmək istədik. Əvvəlcə Səbail Rayon Polis İdarəsində məlum cinayət işini araşdıran müstəntiq Emin Muxtarovla əlaqə saxladıq. E.Muxtarov telefonla söhəbətində bunları dedi: “Bəli, belə bir cinayət işi açılıb və tərəfimizdən araşdırma aparılır. Sonda hər iki tərəf arasında razılıq olmasa, yəni dəymiş zərər C.Həsənəliyevə ödənməsə, iş məhkəməyə veriləcək. Mən sizə bundan artıq heç nə deyə bilmərəm. Əlavə suallarınız olarsa, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə müraciət edə bilərsiniz”.
***
Bundan sonra mənə verilən və zəng etdiyim mobil telefon nömrəsinə Rübabə Ağayeva cavab vermədi. Oğlu Namiqin mobil telefonuna zəng etdim, lakin telefona qardaşı Rauf cavab verdi. Məsələdən hali olan Rauf Ağayev bunları söylədi: “Onların dedikləri şər və böhtandır. Elə o Cəfər Həsənəliyev, Lalə İbrahomova və Hüseyn Əlizadə özləri adamları aldatmaqla məşğuldurlar. Bu barədə dəfələrlə qəzetlərdə və saytlarda yazılıb. C. Həsənəliyev, L.İbrahimova və H.Əlizadə bizim 180 min manat pulumuzu mənimsəyiblər. Atam Faiq Ağayev sizinlə əlaqə saxlayıb bu barədə dəqiq məlumat verəcək. İstəsəniz evimizə gəlib bizimlə görüşə bilərsiniz və sizə onların dələduzluqları barədə daha ətraflı məlumat verə bilərik. İndi vəkilimizə deyərəm, o da sizinlə əlaqə saxlayıb, lazımi faktları nəzərinizə çatdıracaq”.
Mənim verdiyim “Bəs siz deyən kimidirsə, niyə Səbail Rayon Polis İdarəsində ananız barəsində dələduzluq maddəsilə cinayət işi açılıb və ananızın əli ilə yazdığı öhdəlik kağızı var” - sualına Rauf belə cavab verdi: “Düzdür, cinayət işi açılıb, hələ iş gedir və heç bir qərar yoxdur. O öhdəlik kağızını da anama zorla yazdırıblar”.
Bu da çox müəmmalı məqamdır. Raufla danışdıqdan sonra onların vəkili, vəkillər kollegiyasının üzvü Vasif Mirzəyev mənə zəng etdi və aramızda belə bir söhbət oldu.
- Vasif bəy, bütün bunlar barədə bir hüquqşünas kimi nə deyə bilərsiniz?
- Elçin müəllim, düzdür, hüquqlarını müdafiə etdiyim R.Ağayeva barəsində cinayət işi açılıb. Ancaq bu, o demək deyil ki, mənim müdafiə etdiyim şəxs günahkardır. Hələ araşdırma gedir və məlum deyil ki, sonda hansı qərar qəbul ediləcək. Bəlkə günahsızlığı sübut olunacaq. Ona görə də cinayət işinin açılması, kiminsə cinayətkar olması demək deyil. Biz də onların dələduzluqları barədə Binəqədi Polis İdarəsinə müraciət etmişik, artıq müstəntiq Mehman Ələsgərov tərəfindən Lalə İbrahimova, Hüseyn Əlizadə və Cəfər Həsənəliyev barəsində araşdırma aparılır, yəqin ki, yaxın vaxtlarda cinayət işi də açılacaq. Mən indi rayondayam, gələn həftə şəhərə gələn kimi sizinlə görüşüb, daha ətraflı məlumat verəcəyəm”.
Jurnalist olaraq hər iki tərəfin mövqeyini dərc etdik və bundan sonra da adı çəkilən hər bir kəsin fikirlərinə yer verməyə hazırıq. Biz nə prokuror, nə də müstəntiq deyilik. Sadəcə informasiya daşıyıcısıyıq. Bu səbəbdən bir kimsənin tərəfini saxlamadan, heç bir qərəzsiz hər kəsin mövqeyini işıqlandırmağa hazırıq. Kimin günahkar, kimin günahsız olduğunu isə hüquq-mühafizə orqanları müəyyən edəcək.

tezadlar.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: DDA, istifade, , Pirverdiyevin, adindan, kimdir, eden, Etibar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ