SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mirəli Şıxəliyev «MERO»da şıdırğı «prava» alveri aparır

Mirəli Şıxəliyev «MERO»da şıdırğı «prava» alveri aparır

Tarix:

17-02-2017, 10:52

/ 9 223 dəfə oxundu.
Mirəli Şıxəliyev «MERO»da şıdırğı «prava» alveri aparır

Sumqayıt «MERO»da şıdırğı «prava» alveri gedir

«Polad» ləqəbli Mirəli Şixəliyevin həbs məsələsi gündəmə gələ bilər

Redaksiyamıza Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi («MERO») ilə bağlı ilginc məlumatlar daxil olub. Əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, nədənsə son zamanlar «Polad» ləqəbli Mirəli Şixəliyevin rəisi olduğu adıçəkilən «MERO»da sürücülük vəsiqələrinin qiyməti xeyli qaldırılıb.

Belə ki, əgər əvvəllər Sumqayıt 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində B kateqoriyası üzrə sürücülük vəsiqəsi 500-600 manata başa gəlirdisə, artıq indi bu rəqəm 700-800 manata qədər artırılıb. Məlumatlı şəxs qeyd edir ki, qiymətlərin qalxmasının səbəbi «Polad» ləqəbli «MERO» rəisinin xərclərinin artması ilə izah olunur: «Belə ki, Mirəli Şıxəliyev bu yaxınlarda özünə yeni əzəmətli villa inşa etdirib və elə buna görə də sürücülük vəsiqələrinə görə tələb olunan «rüsum»un qiyməti də artırılıb. Qeyd edim ki, hazırda onun 8 nəhəng villası var. Onlardan 1-i Novxanıda, 3-ü Masazır gölünün kənarında, 4-ü isə Şamaxıdadır. Həmin villaların qiyməti isə milyonlarla ölçülür. Şübhəsiz, «MERO» rəisi bu qədər sərvəti yalnız məcavibi hesabına əldə edə bilməz. Görünür, «Polad» ləqəbli Mirəli Şixəliyev hansısa müəmmalı məsələlərə qol qoyduğundan xeyli gəlir əldə edir». Hazırda Sumqayıt 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində şıdırığı «prava» alverinin getdiyini vurğulayan məlumatlı şəxsin iddiasına görə, BC kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ 1000-1200 manat təşkil edir: «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir. Bu arada, onu da qeyd edim ki, Sumqayıt «MERO» rəisi kifayət qədər arxalı və imkanlı şəxslərdəndir. Belə ki, «Polad» ləqəbli Mirəli Şixəliyevin yaxın qohumlarının əksəriyyəti hüquq-mühafizə orqanları sistemində çalışır. Onun qohumlarından biri də Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevdir. Yəqin, bu şəxsin adı hər kəsə tanışdır. Təxminən, iki il öncə onun oğlu, 1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu Elvin Nəbizadə «facebook»dakı şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşmüşdü. Belə ki, o, dollar və manat əskinaslarından «222» rəqəmini düzəltmişdi. Bu rəqəm onun Almaniya istehsalı olan "Volkswagen” markalı avtomobilinin nömrəsidir (10-VJ-222). Məsələnin ən maraqlı tərəfi isə ondadır ki, həmin Elvin Nəbizadənin böyük qardaşı Sumqayıt 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi, «Polad» ləqəbli Mirəli Şixəliyevin kürəkənidir. Yəni məhz oğlunun əməllərinə görə tutduğu vəzifədən kənarlaşdırılmış Ramiz Nəbiyevlə Mirəli Şixəliyev qudadırlar. Deyilənlərə görə, «MERO» rəisi bütün qohumlarının bahalı nömrələrlə təmin olunmasında, eləcə də təcrübəsi olmayan yaxınlarının belə, sürücük vəsiqəsi almasında yaxından iştirak edir. Bu səbəbdən də Mirəli Şıxəliyevin qohumlarının demək olar ki, hamısının sürücülük vəsiqəsi var və onlar buna görə heç bir imtahan-filan verməyiblər. Məhz bu fakt onu deməyə əsas verir ki, Elvin Nəbizadə məsələsində onun atası, yəni «Polad» ləqəbli «MERO» rəisinin qudası Ramiz Nəbiyevlə yanaşı, Mirəli Şıxəliyev də tutduğu vəzifədən kənarlaşdırılmalı idi. Lakin nədənsə bu, baş vermədi…»

Bu arada, «Polad» ləqəbli Mirəli Şixəliyevin Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, general-leytenant Sahib Mirzəyevi, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovu saymadığını deyən məlumatlı şəxsin sözlərinə görə, «MERO» rəisi və qudası nədənsə Rövşən Cavadovun qəzetini maliyyələşdirirlər: «Əgər müvafiq qurumlar qeyd olunan məqamları araşdırsalar, onda Sumqayıt 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi ilə tükürpədici faktların üstü açıla, hətta bundan sonra «Polad» ləqəbli Mirəli Şixəliyevin həbs məsələsi gündəmə gələ bilər…»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Növbəti sayımızda işıq üzü görəcək faktlar polis orqanları sistemində çalışan bir çox şəxsin marağını cəlb edə bilər.

terefdar.az

Şərhlər

XƏBƏR LENTİ