SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Mado”nun FETÖ prinsipi: azərbaycanlı müştərilərə hörmətsizlik

“Mado”nun FETÖ prinsipi: azərbaycanlı müştərilərə hörmətsizlik

Tarix:

4-01-2018, 12:18

/ 1 920 dəfə oxundu.
“Mado”nun FETÖ prinsipi: azərbaycanlı müştərilərə hörmətsizlik

Bayram tətilindən istifadə edən Bakı sakinləri istirahət üçün müxtəlif restoranları seçirlər. Lakin göstərilən xidmət bəzən müştərinin ürəyincə olmur. Müştəri məmnuniyyəti olmadığı halda da ciddi narazılıqlar yaranır. Belə narazılıqların çoxaldığı iaşə obyektlərindən biri də keçmiş Kitab Pasajında yerləşən “Mado” restoranıdır.

Sözügedən restoranda xidmət səviyyəsi Marian çökəkliyindən səviyyəsindən də aşağı düşüb. Maraqlıdır ki, burada yerli müştərilərdən daha çox əcnəbilərə xoş sifət göstərilir. Görünür, ölkəmizə turist axını “Mado” rəhbərliyinin başını gicəlləndirib. Həmin obyekt şəhərin mərkəzi küçəsində yerləşdiyindən müştəri baxımından korluq çəkmir. Lakin müştərinin çoxluğu da burada xidmət göstərənlərin qonaqlara qarşı qeyri-etik davranışına səbəb olmamalıdır. “Müştəri müştəri gətirər” deyimi boş yerə deyilməyib ki?

Lakin, təəssüflər olsun ki, bu deyim “Mado”ya rəhbərlik edənlərin heç vecinə deyil. Çünki məhz sözügedən restoranda müştərilərə qarşı kobudcasına “istəyirsiz oturun, istəmirsiz oturmayın” deyilməsinin başqa izahı və səbəbi ola bilməz. Bundan başqa sifarişin, hesabın gec gəlməsi, ofisiantların mədəniyyətsiz davranışı da narazılıq yaradan amillərdəndir.

Qeyd edək ki, “Mado” fəaliyyət göstərdiyi müddət ərzində daima qalmaqallarla yadda qalıb. Maraq üçün qeyd edək ki, sözügedən obyektdə bir müddət əvvəl erməni müğənni Şerlin Sarkisyanın “Believe” adlı mahnısının səsləndirilməsi ciddi etirazlara səbəb olub. Bundan başqa dövrü mətbuatda “Mado” rəhbərliyinin Türkiyədə dövlət çevrilişinə cəhd göstərən terrorçu Fətullah Gülənin adamları olmasına dair xəbərlər də yayılıb. İddialara görə, vaxtı ilə Prezident Administrasiyasında rəhbər postlardan birini tutan Elnur Aslanov həmin şəbəkənin Azərbaycandakı liderlərindən biri olub. Fətullah Gülənin adamları sayılan həmin şəxslərin daima görüş üçün “Mado”nu seçdiyi də yayılan xəbərlər arasında idi. Görəsən, digər yerli, sadə vətəndaşlar da “Mado”da normal xidmət görmək üçün FETÖ-çü olmalıdır?

yenicag.az

Şərhlər

XƏBƏR LENTİ