yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Eldar Mahmudovun adamı biznesindən oldu - İDDİA

Eldar Mahmudovun adamı biznesindən oldu - İDDİA
4-01-2018, 12:12 102 dəfə baxılıb

Keçmiş MTN şefi Eldar Mahmudovun daha bir adamı hədəfdədir. Bu barədə bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, Eldar Mahmudova yaxınlığı ilə seçilən deputat Nəriman Əliyev əlindəki biznesindən imtina etmək zorunda qalıb və onun "Ştutqart" mağazalr şəbəkəsi əl dəyişdirib.

Xatırladaq ki, Masallının deputatı Nəriman Əliyev 2004-cü ildən “Ştutqart” mağazalar şəbəkəsini yaradıb. Mağazalar şəbəkəsinə rəsmi rəhbərliyi Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev həyata keçirir. Qeyd edək ki, “Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. Nəriman Əliyevi daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da biznesdən və MTN-dən keçib. Eldar Mahmudovun rəhbəbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə “verbovka” olunur və sabiq MTN şefi üçün işləməyə başlayır. İddialara görə İranla biznes əlaqələrində “ilişən” iş adamı MTN-nin təcridxanasına gətizdirilib və bundan sonra MTN şefinin şərtlərini qəbul edən Nəriman Əliyev Mahmudovun sadiq adamına çevrilib. Bununla da N.Əliyevin deputatlığa yolu açılıb.

Verilən xəbərə görə, "Ştutqart"ın yeni sahibi əvvəlki qaydada şəbəkənin işləməsi üçün kadrların əksəriyyəti ilə yola davam etmək qərarını verib. Onun kimliyi haqda isə dəqiq bilgilər mövcud deyil.

Qeyd edək ki, bu iddia olunanlarla bağlı Nəriman Əliyevin münasibətini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Deputat əlimizdə olan telefon nömrəsini cavablandırmadı. Amma buna rəğmən, qarşı tərəfi də dinləməyə hazırıq.

DİA.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , adami, biznesinden, DDA, Mahmudovun, Eldar, oldu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ