yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Rektor Yasamala başçı gəlmək istəyir? - İddia

Rektor Yasamala başçı gəlmək istəyir? - İddia
28-12-2017, 09:59 132 dəfə baxılıb

Artıq 5 aydır ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur. Ötən 5 ay ərzində mediada bu vəzifəyə təyin ediləcək müxtəlif şəxslərin adları çəkilsə də, bu ehtimalların heç biri hələ ki, özünü doğrultmayıb. Qlobal.az məsələ ilə bağlı yeni məlumat əldə edib.
Belə ki, saytımızın əldə etdiyi məlumata görə, Yasamal rayonuna başçı təyin olunmaq istəyən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru hörmətli İbrahim Cəfərovdur. İbrahim Cəfərovun bu məqsədlə ötən həftə Bakıya səfər etdiyi, bir sıra yüksək vəzifəli şəxslərin qəbulunda olduğu söylənilir.
Məlumatın nə dərəcədə doğru olub-olmamasını dəqiqləşdirmək üçün Azərbaycan Aqrar Universitetindən məlumat öyrənməyə çalışıb. Universitetdən saytımızı cavablandıracaqlarını desələr də, sonradan məsələ ilə bağlı heç bir informasiya verilməyib.
Aqrar Universitetdən İbrahim Cəfərovun rektor vəzifəsini başçı vəzifəsinə nə üçün dəyişmək istəməsi barədə saytımıza məlumat verilməsə də, bir neçə ehtimal xarakterli məlumat əldə edə bilmişik. Ehtimal olunan ilkin məlumata görə, son illər Aqrar Universitetdə təhsilin keyfiyyəti aşağı düşüb. Aqrar sahə üzrə ölkədə yeganə ali təhsil verən Aqrar Universitet son illər reytinq göstəricilərində də geriləyib. Məsələn, 2012/2013-cü tədris ilində Aqrar Universitet 36 universitet arasında sıralama ilə 18-ci, reytinq balı üzrə 1200 olduğu halda, 2016/2017-ci tədris ilində 26-cı yeri tutub. Bununla yanaşı, dövlət sifarişləri üzrə qəbulda da ciddi geriləmələr olub. Aqrar Universitetdə əlavə fakültələrin yaranması hesabına qəbul faizi 81.31 faiz olub. Məhz bu amillərə görə, yaxın zamanlarda İbrahim Cəfərovun rektor vəzifəsindən azad ediləcəyi barədə Kənd təsərrüfatı Nazirliyində və eləcə də digər instansiyalarda söz-söhbətlər dolaşır. Rektorun tezliklə Yasamal rayonuna icra başçısı gəlmək istəməsinə səbəb isə güman ki, baş verəcək məlum hadisəni önləməyə hesablanıb.
İkinci ehtimal olunan səbəb isə, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun ADAU-da qoyulmuş barelyefi ilə bağlıdır. Düzdür, akademik Əhməd Mahmudovun barelyefi ADAU-da İbrahim Cəfərovun yox, hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun
rektorluq etdiyi dönəmdə qoyulub. O zaman barelyeflə yanaşı, ADAU-da akademik Əhməd Mahmudovun adına xüsusi otaq - iqtisadiyyat fakültəsində 215 nömrəli ixtisaslaşmış auditoriya da yaradılıb. Məlumata görə, 2013-cü ildə İbrahim Cəfərov Aqrar Universitetə rektor təyin edildikdən sonra xələfinin yolunu davam etdirərək 2015-ci ilin may ayının 25-də "Əhməd Mahmudov və Azərbaycan Aqrar Elmi" adlı elmi-praktik konfrans-anım tədbiri keçirmişdir. Ancaq ölkədə baş verən "MTN olayı"ndan sonra akademik Əhməd Mahmudovun adına olan xüsusi otaq təcili ləğv edilmiş, barelyef isə gecəykən sökülmüşdür. Aqrar Universitetdə baş verən bu hadisə Universitetin və eləcə də rektor İbrahim Cəfərovun nüfuzuna ciddi xələl gətirmişdir.
İbrahim Cəfərovun rektorluqdan azad olunaraq Yasamal rayonuna başçı təyin olunacağı xəbərinin üçüncü versiyasını ilk baxışdan inandırıcı görünməsə də, obyektivlik naminə işıqlandırmalıyıq. Məlumata görə, İbrahim Cəfərovun başçı təyin olunacağına səbəb onun yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Belə ki, İbrahim Cəfərov yüksək təşkilatçılıq bacarığına malik şəxs kimi xarakterizə olunur. Onun Yasamal rayonuna başçı təyin olunacağı təqdirdə qısa zaman ərzində rayonda səliqə-sahmanın, abadlıq və quruculuq işlərinin intensivləşəcəyi deyilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: gelmek, Yasamala, isteyir, Rektor, ddia, , bashchi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ