yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputatın oğluna böyük etimad - KZF nə iş görəcək?

Deputatın oğluna böyük etimad - KZF nə iş görəcək?
27-12-2017, 10:17 130 dəfə baxılıb

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib. Bu barədə prezident İlham Əliyev dekabrın 26-da sərəncam imzalayıb.
Qeyd edək ki, F.Kazımov Sosial Rifah Partiyasının sədri, Biləsuvar rayonundan olan deputat Xanhüseyn Kazımlının oğludur. Prezidentin digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:

Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;

Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

İdris İsayev - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini;

Kamil Heydərov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
Təxminən 100 ölkədə hazırda fəaliyyətdə olan kredit zəmanət fondları var və onlardan bəziləri 50 ildən artıqdır ki, mövcuddur. Kredit Zəmanət Fondunun yaradılmasından gözlənilən nəticə real sektora daha çox kredit verilməsi və daha ucuz faiz dərəcəsinə nail olmaqdır.
Kredit Zəmanət Fondu sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi çıxış edəcək. Ekspertlər hesab edir ki, Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi və əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq üçün mühüm bir addımdır. Fond maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, habelə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətlərindən istifadənin yaxşılaşdırılmasını təmin edəcək.
Məlumdur ki, bu gün Azərbaycanda kredit məsələləri ilə bağlı çoxlu problemlər var. Vaxtı keçmiş kreditlərin məbləği 2 milyarda çatır. Sahibkarlar kredit almaq üçün çox böyük əziyyətlər çəkirlər.
“YM”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: etimad, ogluna, KZF, ish, gorecek, , boyuk, Deputatin, ne
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ