SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq

Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq

Tarix:

26-12-2017, 17:02

/ 2 072 dəfə oxundu.
Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq edib.

Kollegiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir:

“Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şəxslərdən qeyd edilən qanunsuz əməllərə son qoyulmasını tələb edir və onların nəzərinə çatdırır ki, belə əməllərə qısa müddət ərzində son qoyulmazsa, həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edib.

Şərhlər

XƏBƏR LENTİ