SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılov etimadı itirib-İcra başçısı yola salınır

Süleyman Mikayılov etimadı itirib-İcra başçısı yola salınır

Tarix:

17-02-2017, 09:12

/ 3 498 dəfə oxundu.
Süleyman Mikayılov etimadı itirib-İcra başçısı yola salınır

Süleyman Mikayılov vəzifəsi ilə vidalaşır?

Hər zaman ölkə mətbuatında Qaradağ Rayon İcra Başçısı Süleyman Mikayılov haqda tənqidi yazılar,şikayətlər yazılırdı. Ancaq...
Ancaq nədənsə son zamanlar Qaradağ rayonundan nədəki başçı Mikayıl Süleymanovdan bir kəlmə də olsun heç bir sayt yazmır. Tam əksinə, mediada başçını tərif yağışına tuturlar.
Tərəfdar.az-ın araşdırması nəticəsində məlum olur ki, Süleyman Mikayılovdan yetərincə şikayət, tənqid və s.xoşagəlməz məlumatlar var. Ancaq təəsüf ki, bir çox mətbu orqanlar bunları işıqlandırmır. Ən əsası da başçının 2015-ci ildə hesabat konfransında Prezident Adminstrasiyasını necə aldatması mətbuatda səs-küyə səbəb olmuşdur.
Gəlin həmin konfransı xatırlayaq:
2015-ci il.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Qaradağ rayonunda keçirilən bu tədbir və tədbirdə səslənən faktlarla bağlı cumhuriyyet.az olaraq xüsusi araşdırma apardıq. Nəticələr isə çox maraqlıdır.
Hesabat yığıncağında gedişat niyə dəyişdi, yaxid Mikayılovun “ayaqdayam” mesajı
Qaradağ rayon icra başçısının sözügedən hesabatına keçməzdən öncə onu bildirək ki, Süleyman Mikayılov adətən bu kimi hesabat yığıncaqlarında bir çox icra başçılarından fərqli bir ssenari seçirdi. Qaradağda keçirilən bütün hesabat yığıncaqlarında icra başçısı yalnız ölkə səviyyəsində məlumatlarla çıxış edir, rayon haqda məlumatları isə adətən birinci müavin Emil Abbasov məruzə edirdi. Bu dəfə isə gedişat fərqli olub. Ümumi məruzəni icra başçısının özü edib. Buna qədərki bir çox tədbirləri izləsək, doğurdan da S.Mikayılovun tribunaya meyilli olmadığını görərik. Adətən bu funksiyanı birinci müavin olaraq E.Abbasov həyata keçirib. Bu dəfə ssenarinin dəyişilməsi haqda bir çox ehtimallar var və ehtimallardan biri də budur ki, son vaxtlar adı bir çox qalmaqallarda hallanan icra başçısının görəvdən alınacağı, hətta artıq rayonu birinci müavin olaraq E.Abbasovun idarə etməsi ilə bağlı şayələr dolaşır. Hesabat yığıncağındakı jesti ilə S.Mikayılovun bu şayələrə son qoyduğu və “ayaqdayım” mesajı verdiyi güman edilir.
Müdafiə Nazirliyinin işi üzərindən blef
Maraqlıdır ki, özünü sanki ölkə rəhbəri zənn edərək respublika miqyaslı rəqəmlərə toxunan icra başçısı Süleyman Mikayılovun Qaradağ rayonu ilə bağlı səsləndirdiyi faktların bir hissəsinin icra hakimiyyətinə aidiyyatı yoxdur. Belə ki, mövzu ilə bağlı cumhuriyyet.az olaraq rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində yer alan məlumat (http://qaradagh.gov.az/news/651.html) üzərində apardığımız araşdırma bunu göstərir. S.Mikayılovunçıxışından kiçik bir hissəyə diqqət edək: “Ötən ilin iyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Puta qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsidir.”. Hər iki obyektin tikilməsi və istifadəsi birbaşa Müdafiə Nazirliyinə aiddir. İcra başçısının bunu rayonun uğuru kimi təqdim etməsi isə ucuz blefdən başqa bir şey deyil.

Tarix 15.06.2016
Süleyman Mikayılov şöbə müdirini döydü - ŞOK İDDİA+VİDEO
"Prezident bilmir ki, 168 manata hansı "qurumsaq” işləyər…?”

İcra başçısı səs yazısı yayılan və Prezidentin sözlərinə rişxənd edən Rasim Hüseynova qəzəbləndi.

Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova bağlı şok xəbər yayılıb. Miq.az xəbər verir ki, bu barədə AzFakt.com-a məlumat verən mənbə iddia edir ki, başçı şöbə müdirini döyüb.

Bu ötən həftə mətbuatda səs yazısı yayılan Rasim Hüseynov olub. Məlumat üçün xatırladaq ki, Qardağ rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynovun bir müddət əvvəl vətəndaşdan rüşvət istəməsinin səs yazısı yazılmışdı. Həmin söhbət zamanı şöbə müdiri prezidentin çıxışlarına rişxəndlə yanaşaraq "Prezident çox söz deyir. Prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Bu boyda yalan olmaz. Prezident bilmir ki, 168 manata hansı "qurumsaq” işləyər…?” demişdi.

Saytın məlumatına görə, dünən Süleyman Mikayılovun kabinetində bir neçə yetkili şəxsin iştirakı ilə iclas keçirilib. Bu zaman icra başçısı Rasim Hüseynova əsəbləşərək onu yumuruqlayıb. İddiaya görə, Süleyman Mikayılovun qışqırtısı bütün binada eşidilib.

Bizə məlumat verən mənbə qeyd edir ki, icra başçısının şöbə müdirinə qəzəblənməsinin səbəbi Rasim Hüseynovun yayılan səs yazısı olub. Çünki bu səs yazısında şöbə müdiri açıq-aşkar Prezidentin sözlərinə rişxənd edir. Şöbə müdirinin bu cür "siyası səhv" buraxması isə Süleyman Mikayılova baha başa gəlib. Deyilənə görə, icra başçısı Rasim Hüseynova görə Prezident Administrasiyası tərəfindən "qulaqburma" cəzasına məruz qalıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Şərhlər

XƏBƏR LENTİ