SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Mirşahin Ağayevin qardaşının məhkəməsi başladı: - "Zərəri ödəyəcəm"

Mirşahin Ağayevin qardaşının məhkəməsi başladı: - "Zərəri ödəyəcəm"

Tarix:

25-12-2017, 15:06

/ 1 847 dəfə oxundu.
Mirşahin Ağayevin qardaşının məhkəməsi başladı: - "Zərəri ödəyəcəm"

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.
M.Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. Məhkəmədə ifadə verən M.Ağayev zərəri ödəyəcəyini bildirib. Məhkəmədə ifadə verən zərərçəkmişlər dəymiş zərərin ödənilməsini tələb ediblər.
Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq ötən ilin noyabrında başlayıb.
Məlumata görə, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib. İxtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.

Şərhlər

XƏBƏR LENTİ