SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məhkəmə eksperti ixtisasının verilməsi qaydasında dəyişiklik edildi

Məhkəmə eksperti ixtisasının verilməsi qaydasında dəyişiklik edildi

Tarix:

18-12-2017, 11:58

/ 1 830 dəfə oxundu.
Məhkəmə eksperti ixtisasının verilməsi qaydasında dəyişiklik edildi

Ədliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”də dəyişiklik olunub.
xalqxeber.az xəbər verir ki, Əsasnamənin 2-ci (Məhkəmə eksperti ixtisası üzrə təcrübənin keçirilməsi) maddəsinin 1-ci bəndində edilən dəyişiliyə əsasən, təcrübə müddəti Məhkəmə ekspertizası mərkəzinin rəisi tərəfindən təsdiq olunmuş fərdi iş planı əsasında onun təyin etdiyi təcrübəli əməkdaşın rəhbərliyi ilə 6 ay müddətinə planlaşdırılır. İndiyədək bu müddət 1 il idi.
Bundan başqa, Əsasnamənin 3-cü (Məhkəmə eksperti ixtisasının verilməsi qaydası) maddəsində də dəyişiklik edilib. Yeniliyə əsasən, Ekspert ixtisası Mərkəzin Ekspert-ixtisas komissiyası namizədə məhkəmə eksperti ixtisasının verilməsini mümkün hesab etmədikdə, komissiyanın qərarında imtina etmənin səbəbləri göstərilməlidir. Bu halda həmin namizədə məhkəmə eksperti ixtisasının verilməsi məsələsinə təcrübə müddəti 1 aydan az olmamaq şərti ilə uzadıldıqdan sonra yenidən ümumi qaydada baxılır. İndiyədək bu müddət 3 ay olub.
Nazirliyin Kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda da dəyişiklik edib.
Belə ki, peşə fəaliyyətinə buraxılması üçün icbari təlimi uğurla bitirmiş namizədlər altı aylıq stajorluq müddəti müəyyən edilməklə müvafiq vəzifələrə təyin edilirlər. İndiyədək bu müddət 1 olub.
Əvvəllər stajorluq müddətini müvəffəqiyyətlə bitirmiş işçiyə qulluğa yaralılığını, peşəkarlığını və təyin edildiyi vəzifəyə uyğunluğunu müəyyən etmək üçün 6 aylıq sınaq müddəti təyin olunurdusa, hazırda bu müddət 3 aya endirilib.

Şərhlər

XƏBƏR LENTİ