SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Çovdarovun işgəncə “parnik”lərini tikən MTK sədrinin həbsinin şok-Dosyesi

Çovdarovun işgəncə “parnik”lərini tikən MTK sədrinin həbsinin şok-Dosyesi

Tarix:

18-12-2017, 11:46

/ 1 519 dəfə oxundu.
Çovdarovun işgəncə “parnik”lərini tikən MTK sədrinin həbsinin şok-Dosyesi

Yenicə həbs edilən “Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışovun adı MTN işində keçibmiş.
Vətəndaşlara bir mənzili bir neçə dəfə satan şirkət rəhbərinin barəsində cinayət işi qaldırılsa da, 2 ildir C.Alışovu həbs etmək qərarı yubanırdı.

► Alışovun “ov”u – firmalar

Şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. O, 200-dən çox ailənin 8 milyon manatdan çox pulu mənimsənib.
Zərərçəkən vətəndaşların mənzil probleminin illərdir ki, KİV-də işıqlandırılmasına baxmayaraq, 2006-ci ildə nəğd ödənişlə aldıqları mənzillər hələ də onlara təhvil verilməyib.
Məlumat üçün deyək ki, binanın tikintisi 2008-ci ilin ortalarından başlayıb. MTK-nın sədri Cahangir Alışov dəfələrlə vəd versə də, vətəndaşlar mənzillərinə köçə bilməyiblər. Buna səbəb mənzillərin eyni vaxtda bir neçə nəfərə satılmasıdır.
2016-cı ildə binanın tikintisi əsasən tamamlansa da, Cahangir Alışov binanı təhvil verməyib.
Maraqlıdır ki, Cahangir Alışov “Yeni Yasamal” MTK-dan başqa “Yüksəliş C”MTK-nin təsisçisi, “Bərpa Tikinti” MMC-nin direktoru, “Karvan 2010″ticarət mərkəzinə rəhbərlik edib. Bu qədər geniş imkanların ona yaradılması haqlı şübhələr yaradıb. Əcaba, MTK rəhbərini kim himayə edib?

► MTN işində dəyişən “val”

2015-ci ildə “MTN işi” üzə çıxanda mediada belə xəbərlər yayıldı ki, Cahangir Alışovun himayəçisi MTN generalı Akif Çovdarov imiş.
Şikayətçilər iddia edirdilər ki, A.Çovdarovla yaxın dostluq münasibətlərindən istifadə edən MTK rəhbəri bu səbəbdən illərdir ki, “toxunulmaz” qala bilib.
İddia olunurdu ki, Cahangir Alışov Akif Çovdarovun vasitəsi ilə kiçik oğlunu MTN Akademiyasına da düzəltdirib. Daha bir maraqlı xəbər isə bu idi ki, Masazır qəsəbəsində Akif Çovdarovun işgəncə məkanı kimi istifadə edilən istixanalarını da MTK rəhbəri tikib.
Çovdarovun həbsindən sonra isə MTK rəhbəri “valı dəyişib” və bu dəfə özünü MTN çetesinin qurbanı kimi qələmə verməyə başlayıb.
Cahangir Alışov və daha bir nəfər məhkəmədə Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər.

► Saxta vəkil və generalın kürəkəni

Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov (o da MTN-də işləyib) isə məhkəmə ifadəsində MTK sədri haqda ilginc məqam açıqlamışdı.
R.Əmircanov demişdi ki, Cahangir Alışovun MTN-ə dəvət edilməsi xəbərinin eşidən şöbə rəisi ona “inşaatla məşğul olan Cahangir Alışov Akif Çovdarovun yaxın adamıdır və bu işdən uzaq durun” xəbərdarlığını edib.
İstixanaların tikilməsinə gəlincə, Cahangir Alışov deyib ki, Masazırda görülən işlər üçün Akif Çovdarovun onu 250 min dollar xərcləməyə məcbur edib.
Generalın sahibi olduğu istixananın direktoru- “Bəhrə-2010″ MMC-nin sahibi isə məhkəmədə iddiaları rədd edərək həmin işlər üçün bütün pulları öz əli ilə kassadan verdiyini demişdi.
Qeyd edək ki, Alışovun həbsi haqda xəbəri virtualaz.org yayıb. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.
“AzPolitika.info”ya verilən məlumata gərə, Habil Fətəliyev özünü vəkil kimi təqdim etsə də, o, Vəkillər Kollegiyasının üzvü olmayıb.
“Yeni Yasamal” MTK-nın sədrinin müavini kimi evlərin satışını həyata keçirən Habil Fətəliyevin həm də hüquqi nümayəndə kimi şirkəti təmsil etdiyi bildirilir.
Çovdarovun işgəncə “parnik”lərini tikən MTK sədrinin həbsinin şok-Dosyesi
Çovdarovun işgəncə “parnik”lərini tikən MTK sədrinin həbsinin şok-Dosyesi

Şərhlər

XƏBƏR LENTİ