SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizsə... - YOLLARI

Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizsə... - YOLLARI

Tarix:

18-12-2017, 10:54

/ 3 119 dəfə oxundu.
Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizsə... - YOLLARI

Keçmiş sevgilinizə hələ də aşiqsiniz, lakin bir problem var: ayrılmısınız. Daha xoşbəxt ola biləcəyiniz birinin varlığına da şübhə edirsiniz. Elə isə nə etməli? Onu geri qaytarmaq lazımdır. Sizi sevgilinizi geri qaytarmağın yolları ilə tanış edirik.
İlk növbədə baxımlı olmağınız şərtdir. Əvvəlcə özünüzə əvvəlkindən daha çox diqqət göstərməlisiniz. Sizi gördükdə nə hala düşəcəyi, çaşacağı və nələri itirdiyinin fərqinə varmalıdır. Geyim tərzinizdən makiyajınıza qədər hər baxımdan özünüzə qarşı diqqətli olun.

Bağışlamağı öyrənin

Onu geri qazanmanın ikinci addımında bağışlamaq var. Bir-birinizi bağışlayacağınız təqdirdə yenidən bir araya gələ bilərsiniz. Onu bağışladığınızı hiss etdirin və buzları əridin.

Yeni sevgili axtarmayın

“Onu qısqandırsam, mənə geri dönər”, - deyə düşünməyin. Dönməz. Ya da dönər, ancaq çox uzun müddət qalmaz. Onun yerinə daha təsirli bir qısqandırma taktikasını seçin. Ətrafınızda onun tanımadığı kişi dostlarınız olsun, lakin sevgi münasibətlərinə keçməyin. Bu yeni kişi dostlarınızla fotoşəkillər paylaşmayın. Təbii yollarla yeni dostlarınız olduğunu görməsini təmin edin. Və gəlməsini gözləyin.

Dəyişin

Əlaqələrinizin bitməsində yəqin ki, sizin də payınız olub. Bunları özlüyünüzdə aydınlaşdırdıqdan sonra çatışmayan xüsusiyyətlərinizi dəyişin. Məsələn, yenidən söhbət etməyə başladınızsa və əvvəllər çox israrçı olmusunuzsa, bu dəfə onu öz fikri ilə baş-başa qoyun, üstünə getməyin. Sizə hər dəfə mesaj yazanda anında cavab verməyin, ondan da cavab gözləməyin.

Əlaqə saxlayın

Hələ söhbət etməyə başlamamısınızsa, demək, ilk addımı atmanın zamanı gəlib. Əgər görüş təyin etmisinizsə, mütləq dəyişdiyinizi ona göstərin. Əlbəttə, bu o demək deyil ki, makiyaj qutusuna girin. Dəyişmə deyərkən həm fiziki, həm də ruhi dəyişiklikdən söhbət gedir. Daha əvvəl etmədiyiniz tərzdə makiyaj edin, yeni tərz paltarlar geyinin və danışığınızla ona dəyişdiyinizi göstərin. Görüşü mümkünsə çox uzatmayın və əsla gecəni birlikdə keçirməyin.

Şərhlər

XƏBƏR LENTİ