SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 2017-ci ildə işdən çıxarılan icra başçıları (SİYAHI)

2017-ci ildə işdən çıxarılan icra başçıları (SİYAHI)

Tarix:

14-12-2017, 14:50

/ 1 962 dəfə oxundu.
2017-ci ildə işdən çıxarılan icra başçıları (SİYAHI)

Bitməsinə sayılı günlər qalan 2017-ci ildə bəzi icra başçıları vəzifəsi ilə vidalaşmalı oldu.

Bu il prezident sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb.

1 iyun tarixində Prezident sərəncamı ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov vəzifəsindən azad edilib. Elə həmin gün Kamal Cəfərov sözügedən rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Şərur rayonundan əvvəl 3 il Sədərək rayonunun icra başçısı vəzifəsini icra edən İ.Məmmədov sonuncu sərəncamdan sonra icra orqanlarından uzaqlaşıb.

Bu il icra başçısı vəzifəsi ilə birdəfəlik vidalaşan digər başçı isə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev oldu. O, 1 iyul tarixində prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 2016-cı ildə "Şöhrət” ordeni ilə təltif olunana keçmiş RİH başçısı 2000-2006-cı illərdə Xətai rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Xətai RİH rəhbəri vəzifəsindən azad edilsə də, Yasamal RİH-ə başçı gətirilib.

Yasamal RİH-nin başçısı vəzifəsi hələ də vakantdır.

İcra başçıları ilə bağlı bu il üçün hələlik sonuncu sərəncam Quba Rayon İcra Hakimiyyəti ilə əlaqədardır. Belə ki, 2 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə bu vəzifəyə təyin edilmiş Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. O, bundan öncə Ucar RİH-nin başçısı vəzifəsində çalışıb. Y.Məmmədov sonuncu sərəncamla icra orqanlarından birdəfəlik uzaqlaşdırılıb.

Elə həmin gün Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ