SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda məktəb direktoru dünyasını dəyişdi

Bakıda məktəb direktoru dünyasını dəyişdi

Tarix:

14-12-2017, 11:50

/ 3 501 dəfə oxundu.
Bakıda məktəb direktoru dünyasını dəyişdi

Bakı şəhəri, Sabunçu rayonu 108 nömrəli tam orta məktəbin direktoru Narınc Mehdiyeva dünyasını dəyişib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, N.Mehtiyeva 17.03.1959-cu ildə Bakı şəhəri Maştağa qəsəbəsində anadan olub.1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər universitetini bitirib.

Təyinatla1984-cü ilə qədər Xaçmaz rayonu Fərzəlioba kənd 8 illik məktəbində xarici dil müəllimi işləyib. 1985-1992-ci illərdə Sabunçu rayonu 142 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində, 1993-cü ildən Sabunçu rayonu 108 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıb. 2006-cı ilin dekabr ayından həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2007-ci ildən isə direktor kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin.

Şərhlər

XƏBƏR LENTİ