SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Baş prokuror Sumqayıtda vətəndaşlarla görüşəcək - Qəbul

Baş prokuror Sumqayıtda vətəndaşlarla görüşəcək - Qəbul

Tarix:

12-12-2017, 16:15

/ 1 470 dəfə oxundu.
Baş prokuror Sumqayıtda vətəndaşlarla görüşəcək - Qəbul

Baş prokuror Zakir Qaralov Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 22-də saat 10:00-da baş tutacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

XƏBƏR LENTİ