yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İbrahimovların “atdığı” deputat niyə başqa ünvana üz tutur? - İQBAL MƏMMƏDOV NÖVBƏTİ QALMAQALDA

İbrahimovların “atdığı” deputat niyə başqa ünvana üz tutur? - İQBAL MƏMMƏDOV NÖVBƏTİ QALMAQALDA
16-02-2017, 11:15 366 dəfə baxılıb
yüklənir...

Təxminən 1 ay öncə vətəndaşı döyməsi ilə ictimai qınağa tuş gələn deputat İqbal Məmmədov bu dəfə əmlak davasıyla gündəmə çıxır.
Bu barədə bir qədər sonra…
Milli Məclisin üzvü İqbal Məmmədovun vətəndaşı döyməsi barədə olayın Gununsesi.info tərəfindən işıqlandırılması ölkədə böyük rezonansa səbəb olmuşdu. Sosial şəbəkələrdə minlərlə insan millət vəkilini sərt ifadələrlə tənqid edib.
Xatırladaq ki, olay Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında baş verib. Belə ki, həmin ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olan deputat orada mənzilinin olduğunu iddia edərək, həmin mənzil üçün qapı gətirdiyini bildirib. Lakin mühafizəçinin onun qarşısını kəsməsi və mübahisəli məzilə görə icraçı direktoru gözləməyə dəvət etməsi sonda onun özünün deputat tərəfindən döyülməsinə səbəb olub.

Deputat İqbal Məmmədovun yaratdığı qalmaqalın təfərrüatlarını öyrənən zaman məlum olub ki, problemin səbəbkarı Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Sahib İbrahimovdur. Belə ki, Sahib İbrahimov bir neçə il əvvəl “Karl Marks” adlandırılan ərazidə yüksək mərtəbəli bina inşa etdirib. Sonradan uçurulan həmin bina İbrahimov qardaşlarına məxsus “STS” adlı şirkət tərəfindən inşa olunub. Kərpic müqabilində Sahib İbrahimov deputat İqbal Məmmədova həmin binadan mənzil verib.
Xatırladaq ki, uçurulandan sonra oradan mənzil alan bir çox şəxslər Sahib İbrahimov tərəfindən aldadıldıqlarını, yeni mənzillə təmin olunmadıqları barədə müxtəlif ünvanlara şikayətlər etmişdi.
Deputat İqbal Məmmədova da “atan” Sahib İbrahimov ona Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında mənzil verəcəyinə dair vəd verib. Baxmayaraq ki, bu ünvanda binanı Sahib İbrahimova heç bir aidiyyatı olmayan “Sahil-D” Company inşa edib.
Sahib İbrahimovla deputat arasındakı qalmaqal isə DİN rəhbəri Ramil Usubova qədər gedib çıxıb.
Deputat Sahib İbrahimov tərəfindən aldadılması barədə Ramil Usubova şikayət edib. Öz növbəsində isə DİN rəhbəri millət vəklinə yazdığı cavab məktubunda bu məsələlərlə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində cinayət işi olduğunu yazıb.
Bununla da məlum olub ki, Sahib İbrahimov barəsində cinayət işi açılıb.

Xatırladaq ki, Sahib İbrahimov bu yaxınlarda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılmışdı. Buna səbəb onun 1.5 milyon manat dövlətə olan vergi borcunu ödəməməsi idi. Ancaq sonradan “yuxarıdan” gələn zənglə azad edilən iş adamı vergi borcunu ödəyəcəyinə dair öhdəliyə də imza atıb.
Ümumiyyətlə, Sahib İbrahimov Azərbaycanda ən qalmaqallı, adı müxtəlif maxinasiyalarda hallanan şəxslərdən biri kimi tanınır.
Onun digər qardaşı Hacı İbrahim Nehrəmli isə Beynəlxalq Banka olan külli miqdarda borcuyla gündəmə gəlmişdi.
İndi görünür, Sahib İbrahimovdan mülkünü ala bilməyən İqbal Məmmədov başqa ünvana üz tutur. Qanunverici orqanın üzvü olan bu şəxs hələ də anlamır ki, pulu verdiyi şirkətlə davasını aparmalıdır. İndi o mülki qaydada Xətai Rayon Məhkəməsinə “Sahil-D” Company şirkətinə qarşı iddia qaldırıb. Nə qədər təəccüblü də olsa deputat iddiasında dollarla mənzil aldığını yazıb. Halbu ki, qanunvericilik xarici valyuta ilə ölkə daxilində alqı-satqını qadağan edir. Bundan başqa deputat iddiasında 600 min dollardan söhbət açır. Bu həm də İqbal Məmmədovun deputat ola-ola biznesmen olmasına da bir sübutdur. Çünki, qanunvericilik deputata biznes fəaliyyətilə məşğul olmağa qadağa qoyur.
Qalmqalla bağlı İqbal Məmmədovun münasibətini öyrənməy çalışacağıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ