SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qanqster “Hafka”nın atasını necə oğurlamışdı?

Qanqster “Hafka”nın atasını necə oğurlamışdı?

Tarix:

7-12-2017, 14:52

/ 1 961 dəfə oxundu.
Qanqster “Hafka”nın atasını necə oğurlamışdı?

Son bir neçə günün xəbəri qanqster Hacı Məmmədovun mələfə ilə özünü asmasıdır. Gizli şəkildə dəfn olunan killer rəssamın törətdiyi qətllər və mübhəm cinayətlər bir-bir media səhifələri xatırlanır.
AzEuroNews.com-un məlumatına görə, adam oğurluqları sırasında diqqət çəkənlərdən biri də “Hafka” ləqəbli biznesmen Hafiz Məmmədovun atasının qaçırılmasıdır.
Mətbuatda o zaman çap olunmuş məhkəmə materiallarından birində H.Məmmədovun “Hafka”nın atasının girovluqdan azad edilməsi üçün aldıqları 2 milyon avronu necə dəyişdikləri yazılıb.
Onun sözlərinə görə, banda üzvlərinə pul vermək üçün təcili olaraq 1 milyon avronu dəyişmək lazım gəlib.
Dəstənin bir neçə üzvü xarici görkəmlərində müəyyən dəyişiklik etməklə şəhərdəki valyutadəyişmə məntəqələrində beş günə həmin məbləği dəyişiblər.
Qanqsterin məhkəmə çıxışı: “Bu, böyük risq idi. O vaxt avro indiki qədər populyar deyildi. Bizə verilən pulların da hamısı təzə idi.
Mən özüm də 500-lük avronu birinci dəfə onda gördüm. Fikirləşdirdik ki, Hafiz Məmmədov tanınmış adamdır.
O, valyutadəyişmə məntəqələrinə göstəriş verə bilərdi ki, avro dəyişən adamlar nəzarətə götürülsün.
Ona görə də kimsə pulu dəyişməyə gedirdisə, iki nəfər də ətrafında olurdu ki, birdən onu tutsalar, bunlar da bu biri tərəfdən hücuma keçib xilas eləsinlər. Ona görə də həmin beş gündə bizim üçün xeyli qorxulu məqamlar oldu”.
Qeyd edək ki, H.Məmmədov ağciyər xərçəngindən əziyyət çəkirmiş və intihar məktubunda hamıdan üzr istəyərək özünü öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.
H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.
Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.

Şərhlər

XƏBƏR LENTİ