SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Məmmədovun adı çıxarılsa da... - FOTOFAKT

Fazil Məmmədovun adı çıxarılsa da... - FOTOFAKT

Tarix:

6-12-2017, 10:54

/ 1 648 dəfə oxundu.
Fazil Məmmədovun adı çıxarılsa da... - FOTOFAKT

Ötən gün Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovu Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edərək vergilər naziri təyin etdi.

GoldNews.Az xəbər verir ki, nazirliyin www.taxes.gov.az adlı rəsmi internet səhifəsində bu təyinatdan bir neçə saat sonra da vergilər naziri kimi Fazil Məmmədovun adı görünsə də, axşam saatlarında "Vergilər Nazirliyinin rəhbərliyi" bölməsindən nazirin və rəhbərliyi təmsil edən digər adlar və barədələrində olan bütün məlumatlar çıxarılıb.

Maraqlısı budur ki, nazirliyin rəsmi internet saytında olan bu boşluq hələ də aradan qaldırılmayıb və Mikayıl Cabbarov nazir kimi rəsmi saytda təqdim edilməyib.
Fazil Məmmədovun adı çıxarılsa da... - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ