SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı alim: “Namus-qeyrət anlayışından əl çəkməliyik

Azərbaycanlı alim: “Namus-qeyrət anlayışından əl çəkməliyik

Tarix:

4-12-2017, 14:41

/ 1 637 dəfə oxundu.
Azərbaycanlı alim: “Namus-qeyrət anlayışından əl çəkməliyik

Azərbaycan dinşünası, fəlsəfə tarixçisi, ədəbi-fəlsəfi esselər müəllifi Aydın Əlizadənin fikirləri diqqət çəkib.

O, sosial problemlər haqqında yazarkən bildirib ki, azərbaycanlılar namus-qeyrət anlayışlarından əl çəkməlidirlər.

“Müsəlmanlıq təkcə “Allahdan başqa tanrı yoxdur” demək deyil. Bütlərin heykəllərini də dağıtmaq deyil. Çünki heykəlləri dağıtmaq heç də daxili bütlərdən azad olmaq deyil. Əsas məsələ daxili, içərində olan bütlərin qırılmasıdır. Daxili bütlər də insanın ana-ata tərbiəsi, öyrəncəli həyatı, oturuşmuş dünyagörüşü, inancları, namus-qeyrət anlayışları, adət-ənənələri kimi şeylərdir. Onlardan azad olmayana qədər “Allahdan başqa tanrı yoxdur” kəlməsi boş və mənasızdır. Bir Tanrıya yalnız onda inanılır ki, bütün bütlər qırılmış olur. Onları qırandan sonra anlayırsan ki, o Tanrı elə sən özünsən!”.

Şərhlər

XƏBƏR LENTİ