yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vüsal Kərimli 125 saylı marşrut xəttini neçəyə satıb? - İDDİA

Vüsal Kərimli 125 saylı marşrut xəttini neçəyə satıb? - İDDİA
16-02-2017, 00:55 435 dəfə baxılıb
yüklənir...

Bakı Nəqliyyat Agentliyi paytaxt Bakıda fəaliyyət göstərəcək 125 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttininin müvəqqəti istismara çıxarılması adı altında müsabiqə elan edib.
Sahibkarlar 500 manat ödəmək və təkliflər paketi təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. Bu BNA-nın rəsmi məlumatlarında belə deyilir.

Əsl reallıq isə başqadır. Adının çəkilməsini istəməyən, uzun illər bu sahədə çalışan sahibkarlardan biri deyir ki, müsabiqə formal xarakter daşıyır. Əksəriyyət bilir ki, müsabiqəni hansı şirkət udacaq və sahibkar kimdir. Ona görə də, müsabiqəyə çox sahibkar qatılmayacaq.
Daxil olan məlumata görə, 125 saylı xəttin satılması prosessi artıq yekunlaşıb. Müsabiqənin qalibi də bəllidir. Sadəcə formal müsabiqə olacaq.
İlkin mərhələdə xətt satılacaq və daha sonra gediş qiymətlərinə əl gəzdiriləcək. 35-40 km-ə yaxın məsafədə hərəkət edəcək 125 saylı marşrut xətti Bakı şəhərində ən bahalı xətt sayılır. 28 may metrosundan Lokbatan qəsəbəsinə hərəkət edəcək avtobuslara nəzarət o qədər ciddi olmayacaq.
Bu günlərdə vəzifədən alınan Nəqliyyat naziri Ziya Məmmədovla BNA direktoru Vüsal Kərimli arasılnda heç bir fərqin olmadığını deyən nəqliyyat sahəsi üzrə mütəxəssis bildirir ki, Ziya Məmmədov marşrut xəttlərini açıq şəkildə satırdı. Ondan fərqli olaraq V.Kərimli isə müsabiqə yolu ilə satır. Üstəlik bu prosessin davam edəcəyini deyən mənbə bildirir ki, yaxın aylarda 10-dan artıq marşrut xətti satışa çıxarılacaq.

Bizimxeber


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ