SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dünya gücləri İŞİD-i niyə məhv edə bilmir? – MTN zabiti

Dünya gücləri İŞİD-i niyə məhv edə bilmir? – MTN zabiti

Tarix:

15-02-2017, 09:34

/ 1 895 dəfə oxundu.
Dünya gücləri İŞİD-i niyə məhv edə bilmir? – MTN zabiti

ABŞ-ın başçılığı altında koalisiya qüvvələri, Rusiya, Türkiyə, İran və üstəlik, Suriya ordusu artıq uzun müddətdir ki, İŞİD-ə qarşı müharibə aparır.

Ancaq qəribədir ki, cəmi 30-40 minlik terrorçu ordusuna sahib olduğu bildirilən İŞİD-in illərdir sonuna çıxmaq mümkün olmur. Belədə təbii olaraq sual yaranır: Doğrudanmı dünyanın ən güclü orduları bir terror təşkilatını məhv edə bilmirlər?

Keçmiş MTN zabiti İlham İsmayıl Axar.az-a açıqlamasında bildirib ki, bunun səbəbi İŞİD-ə qarşı real və səmimi müharibə aparılmamasındadır:

“Radikal terrorçular islam bayrağı altında fəaliyyət göstərməyə başladıqda dini alət etdilər. Bu inkişaf Əl Qaidə kimi kifayət qədər güclü və çox ciddi bir təşkilatın yaranması ilə nəticələndi. O dərəcədə güclü ki, 2001-ci ildə Nyu Yorkun mərkəzində 11 Sentyabr hadisəsini törətdilər, 2000-dən çox insanı öldürdülər.

Daha sonra isə əvvəlki terror təşkilatlarından fərqli olaraq İŞİD artıq hansısa ərazini partlatmağı yox, zəbt etməyə başladı. Demək, bu işi həyata keçirmək üçün arxalarında kifayət qədər güclü əllər dayanır. Bu gücün formalaşmasında dolayısı ilə müəyyən dövlətlərin rolu var. Terror təşkilatlarının adətən silahlandırılması və maliyyələşdirilməsi hanısa dövlətlərin əli ilə olur. Çünki başqa cür mümkün deyil. Bir məqamı da nəzərə alın ki, İŞİD-ə bütün dünyadan qoşulanlar var və əgər təşkilatın 90 faizi müsəlmanlardırsa, 10 faizi də terrorçulardır. Bu gün İŞİD-ə qarşı sonuna qədər mübarizə aparılmır və əgər həqiqi mübarizə aparılsaydı, 24 saat ərzində təşkilatın sonuna çıxmaq olardı”.

İ.İsmayıl bildirib ki, aparılan anti-terror əməliyyatlarında İŞİD-in üzvlərindən ölənlər olsa da, təşkilatın sıralarının yenidən möhkəmlənməsi prosesi gedir:

“Bütün bu işlər isə müəyyən mərkəzlər tərəfindən həyata keçirilir. Bu mənada hələ İŞİD-in sonuna çatmaq mümkün olmayıb. Çünki bu, bəzi dövlətlərin xeyrinə deyil, hətta yeri gələndə İŞİD-dən bir təzyiq vasitəsi kimi hansısa kəşfiyyat yolları ilə Suriya, İraq və Türkiyəyə qarşı istifadə edirlər. Ancaq bu proses uzun müddət davam edə bilməz, çünki dünya ictimaiyyəti “nədən bu qədər güclü dövlətlər bir terror təşkilatı ilə bacarmır” sualına cavab axtarır”.

Ekspert hesab edir ki, Suriya məsələsi həll ediləndə, yəni Əsəd həqiqətən gedəndə İŞİD də darmadağın olacaq:

“Bu, hazırda Amerika və Qərbin zərərinədir. Çünki İŞİD Əsədi zəiflətməyin bir yoludur.

İkinci görünməyən bir tərəf də var ki, dünyadakı terrorçular nə qədər ki müxtəlif yerlərdə yox, bir bayraq altında birləşirlər, onların sonuna çıxmaq da bir o qədər asanlaşır. Məsələnin təbii ki, bizə məlum olmayan tərəfləri də var”.

Qeyd edək ki, əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən İŞİD silahlı terror qruplaşması 2014-cü il yanvarın 3-də öz “dövlətini”, iyunun 29-da isə yeni “xilafət” yaratdığını elan edib. Təşkilatın təxminən 30-40 min civarında döyüşçüsünün olduğu iddia edilir.

Şərhlər

XƏBƏR LENTİ