yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

DÖVLƏT YOL POLİSİNDƏ ƏMƏLİYYAT?! - 9 saylı kabinetdə nə baş verib?

DÖVLƏT YOL POLİSİNDƏ ƏMƏLİYYAT?! - 9 saylı kabinetdə nə baş verib?
1-12-2017, 10:24 442 dəfə baxılıb

Noyabrın 29-da təxminən saat 11:00 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan-Qeydiyyan Şöbəsində həyəcanlı anlar yaşanıb. Həmin vaxt BDYPİ-də olan vətəndaşlardan biri bu barədə bizi məlumatlandırıb.
Mənbənin bildirdiyinə görə, yeni aldığı avtomobilini qeydiyyata saldırmaq üçün BDYPİ İmtahan-Qeydiyyat Şöbəsində olub. O, işini bitirib şöbəni tərk etmək istəyərkən, hüquq-mühafizə orqanlarının əməkdaşları olduqları bildirilən 4-5 adam, bir şikayətçi ilə birlikdə, qəfildən şöbənin 9 saylı otağına daxil olub. Dərhal o və digər kənar insanlar həmin otaqdan və ümumiyyətlə yaxınlıqdan uzaqlaşdırılıblar. Mənbə proseslərin sonrakı gedişatını izləyə bilməyib, amma danışılanlardan belə başa düşüb ki, BDYPİ-də vətəndaşın şikayəti əsasında əməliyyat keçirənlər ya Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, ya da elə DİN-in Daxili Təhqiqat İdarəsinin əməkdaşları olub.
Vətəndaşın şahidi olduğu və bildirdiyi bu məlumatı dəqiqləşdirmək üçün BDYPİ-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev İmtahan-Qeydiyyat Şöbəsində hər hansı insidentin qeydə alınmadığını bildirdi. “Mən oranın rəisi ilə də danışdım, elə hadisə olmayıb”.
Bundan sonra əməkdaşımız yenidən məlumatı verən mənbə ilə əlaqə saxlayıb. O, nəql etdiklərinin şəxsən şahidi olduğunu bir daha təsdiq edib.
İstisna deyil ki, 9-cu otağa qəfil təşrif buyuranlar DİN-in Daxili Təhqiqat İdarəsinin əməkdaşları olduğundan məsələ açılıb-ağardılmır…
Xatırlatmaq yerinə düşər ki, BDYPİ-nin İmtahan-Qeydiyyat Şöbəsi bu strukturun ən çox korrupsiyalaşmış və şikayət olunan bölmələrindən biridir. Təsadüfi deyil ki, uzun illərdir bu şöbənin rəisi vəzifəsini tutan polkovnik Muşfiq Rəhimov oliqarx kimi təqdim olunur, onun böyük biznesi haqda KİV-lərdə tez-tez məlumatlar verilir.

AzPolitika.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: POLSNDE, sayli, kabinetde, DOVLET, verib, EMELYYAT, YOL, 9, bash, ne,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ