SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq polis rəisi: Bakı küçələrində elə adamlar dilənir ki, villaları var

Sabiq polis rəisi: Bakı küçələrində elə adamlar dilənir ki, villaları var

Tarix:

29-11-2017, 15:49

/ 1 694 dəfə oxundu.
Sabiq polis rəisi: Bakı küçələrində elə adamlar dilənir ki, villaları var

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Bakı küçələrindəki dilənçilərlə bağlı maraqlı açıqlama verib.

xalqxeber.az xəbər verir ki, o, Modern.az-a açıqlamasında küçələrdəki dilənçilərin bəzilərinin villasının olduğunu deyib: "İşsizlik artmaqdadır, bunu heç kim inkar edə bilməz. Amma bir neçə yerdə evi, hətta villası olan dilənçilər də var. Elə insanlar var ki, dilənçilik onlar üçün vərdişə çevirilib. Onlara ev də, avtomobil də, lap pul da versən, yenə də dilənəcək. Amma bir çörək üçün əl açıb dilənənlər günümüzün reallığıdır. Onları bu yoldan çəkindirmək isə dövlətin əlindədir. Əvvəllər belə fikirlər vardı ki, dilənənlər qaraçıdır. Amma indi dilənənlərin əksəriyyəti azərbaycanlı qadınlardır. Axşam saatlarında metro çıxışlarında, yol ayrıclarında, işıqforların yanında durub, xarici avtomobil görəndə atılırlar üstünə. Bir qəpikdən ötrü min dil tökürlər. Bunların hamısı sosial-iqtisadi durumla əlaqədar olan problemlərdir. Amma bu, Azərbaycanda kütləvi xarakter daşımır".

Kriminalist deyib ki, hansısa məsuliyyətə cəlb etməklə məsələni kökündən həll etmək olmaz: "Həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar effektli deyil. Müasir dövrümüzdə bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi, təkliflərdən, profilaktik tədbirlərdən keçir. Artıq biz anlamalıyıq ki, cəza problemin qarşısını almaq metodu deyil, yalnız müvəqqəti üsuldur. Məsələni kökündən həll etmək üçün isə sivil metodlardan istifadə etmək lazımdır".

Şərhlər

XƏBƏR LENTİ