SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Muxtar Qafarov vəfat etdi

Muxtar Qafarov vəfat etdi

Tarix:

27-11-2017, 10:27

/ 1 735 dəfə oxundu.
Muxtar Qafarov vəfat etdi

Azərbaycanın əməkdar idman xadimi Muxtar Qafarov vəfat edib.

O, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Qafarov 1989-2013-cü illərdə Bakı Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışıb. Həmçinin 2002, 2006 və 2010-cu illərdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinə üzv seçilib. O, bir məşqçi kimi Azərbaycanda akrobatika ənənələrinin formalaşmasında böyük rol oynayıb. M.Qafarov əməkdar idman ustası, əməkdar məşqçi və əməkdar idman xadimi adlarına layiq görülüb.

2015-ci ildə Azərbaycan Gimnastika Federasiyası onu qızıl medalla təltif edib.

Şərhlər

XƏBƏR LENTİ