SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tanınmış bəstəkarın oğlu vəzifədə çox qala bilmədi

Tanınmış bəstəkarın oğlu vəzifədə çox qala bilmədi

Tarix:

27-11-2017, 09:56

/ 2 408 dəfə oxundu.
Tanınmış bəstəkarın oğlu vəzifədə çox qala bilmədi

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

"APA-Economics"in MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

xalqxeber.az xatırladır ki, Ü.Mansurov bu ilin mart ayında təyin olunmuşdu.

Şərhlər

XƏBƏR LENTİ