SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Fazil Mustafa, başın qarışıb ədəbiyyata, hüquq yaddan çıxıb” – Ziyafət Əsgərov

“Fazil Mustafa, başın qarışıb ədəbiyyata, hüquq yaddan çıxıb” – Ziyafət Əsgərov

Tarix:

14-02-2017, 18:01

/ 2 246 dəfə oxundu.
“Fazil Mustafa, başın qarışıb ədəbiyyata, hüquq yaddan çıxıb” – Ziyafət Əsgərov

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı sənəddə bir sıra məqamlara etirazını bildirib və düzəliş istəyib

F. Mustafa layihədə nəzərdə tutulan hərbi vəziyyət şəraitində seçkilərin təxirə salınması ilə bağlı müddəa ilə bağlı narazılığını bildirib: “Bəlkə 10 il müharibə gedəcək, hərbi rejim davam edəcək, o halda seçki keçirilməyəcək?”

Deputat bundan başqa, ölkədə hərbi rejim zamanı tətbiq olunan senzura ilə bağlı da yumşaldılmalara zərurət olduğunu bildirib.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə F. Mustafanın iradları ilə razılaşmayıb, bütün düzəlişlərdə Konstitusiyaya istinad edildiyini, bütün məsələlərin hüquqi cəhətdən nəzərə alındığını bildirib.

“Başın qarışıb bədii ədəbiyyata, hüquq yaddan çıxıb”, – deyə Z. Əsgərov qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ