SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məlahət Əliyeva Mehriban Əliyevaya qarşı - 278 saylı məktəb talanır

Məlahət Əliyeva Mehriban Əliyevaya qarşı - 278 saylı məktəb talanır

Tarix:

24-11-2017, 10:20

/ 14 456 dəfə oxundu.
Məlahət Əliyeva Mehriban Əliyevaya qarşı - 278 saylı məktəb talanır

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda məktəb, bağça tikintisi, təhsilin, gələcəyin inkişafı üçün çırmanıb.
Respublikanın hər guşəsində yeni məktəblər inşa olunur, müasir və hər cür şəraiti olan təhsil ocaqları salınır.
Amma məktəb binalarının zahiri gözəlliyi ilə bərabər təhsilin keyfiyyəti də əhəmiyyətlidir. Amma Fondun təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti yoxdur.
Bu işə Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi və yerli şöbələr, regional idarələr cavabdehdir.
Ona görə də həm M.Əliyevanın tikdirdiyi məktəblərdə, həm də digər təhsil müəssisələrində tədris, nizam-intizama nəzarət bu qurumların borcudur.
Necə ki, Fond müasir və gözəl məktəb istifadəyə verir, nazirlik də bilikli bir nəsil yetişdirməlidir. Ancaq bir çox hallarda nazirliyin nəzərindən kənarda qanunsuzluqlara da yol verilir.
Məsələn, Yeni Günəşli qəsəbəsindəki Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva Mehriban Əliyevanın təhsil siyasətinə qarşı iş aparır.
Bu barədə verilən məlumata görə, M.Əliyevanın direktoru olduğu məktəbdə anarxiya, dərəbəylik, rüşvətxorluq, talançılıq, soyğunçuluq hökm sürür.
Məktəb direktoru şagirdlərin valideynlərinin “dərisinə saman təpir” və onlardan yaxın çevrəsindəki kadrların dili ilə xərac tələb edir.
Bakı məktəblərində misli görünməmiş bir hadisə də məhz M.Əliyevanın supermarket kimi baxdığı təhsil ocağında baş verib.
Belə ki, bir neç ay qabaq məktəbin bufetindən şirniyyat alan şagirdlər zəhərlənmişdi. O bufetdən gələn gəlirləri özünə götürən M.Əliyeva qidaların keyfiyyətinə, vaxtı keçmiş olub-olmadığına baxmamışdı.
Məktəbdə dükan açan bir direktorun hansı keyfiyyətli tədris verəcəyi iki vur ikidir. Lakin M.Əliyeva arxalandığı vəzifəli şəxslərə güvənərək özbaşınalıqları durdurmur.
***

278 saylı orta məktəbdə süpürgə pulu - 50 qəpik, 8 mart Günü 30-40 manat , Müəllimlər Günü 15-20 manat, təmir pulu 5 manat, şüşə pulu 2 manat, kağız ləvazimatları üçün pul 1 manat, təbaşir, silgi, xəkəndaz pulu 1 manat, Yeni il şənliyi 20-25 manat, ordu günü 5 manat, Novruz şənliyi 10-15 manatdır.
Bu işləri onun müavinləri, sinif rəhbərləri, təsərrüfat işlərinə nəzarət edən adamları həyata keçirir.
M.Əliyeva isə kabinetində “aydan arı, sudan duru” bir pedaqoq kimi əyləşib özünü kristal şəxs olaraq təqdim edir və guya baş verən qanunsuzluqlardan xəbərsizdir.
Hərçənd ki, heç bir sinif rəhbəri və ya müəllimə onun xəbəri olmadan şagirdlərdən pul yığa bilməz.
Bundan əlavə, məktəbdə imkanlı şəxslərin uşaqlarının siyahısı tərtib olunur və bu işi sinif rəhbərləri icra edirlər. Onlar direktorlara varlıların balalarının adlarını təqdim edirlər.
Sonra siyahı üzrə imkanlı valideynlərə “tas” qoyulur, onlardan yuxarıda sadalanan bayramlar üzrə daha artıq pul istənilir.
M.Əliyeva bəhanə edir ki, məktəbə dövlət tərəfindən heç bir yardım daxil olmur və müxtəlif tədbirlərə, təmir işlərinə daxili resurslar hesabına xərc çəkilir. Daxili resurslar dedikdə isə valideynlərdən toplanan pul nəzərdə tutulur.
Baxmayaraq ki, təhsil naziri Mikayıl Cabbarov hansı məktəbdə pul yığılması faktı olarsa, şəxsən özünə məlumat verilməsini bəyan etmişdi.
Amma M.Əliyeva həm Mehriban xanım Əliyevanın, həm nazirin təhsil sistemindəki siyasətinə tamamilə zidd fəaliyyətlə seçilir.
***
Mediada yayılan xəbərlərə görə, əsasən 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər direktorla “razılaşıb” aylığa çıxırlar. Həmin şagirdlərin əksəriyyəti ali məktəbə repetitor yanında hazırlaşanlardır.
Onlar üçün vaxt məhdudiyyəti olduğundan məktəbə intizamlı şəkildə gələ bilmirlər. Buna görə də aylığa çıxırlar. Deyilənə görə, bu işin müqabilində şagirdlər direktora 1000 dəfə “sağ ol” deyirlər və “aylıq” orta rüsum 100-200 manatdır.
Məktəbə Təhsil Nazirliyindən, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yoxlama gələndə isə direktor 9-cu sinif şagirdlərini aylığa buraxdığı şagirdlərin yerində otuzdurur.
Habelə, məktəbin birinci və onuncu siniflərinə şagirdlərin pulla qəbuluna aid şikayətlər var.
Dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur.
Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim 500 manat ödəməlidir.
Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzində hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatır.
M.Əliyeva o dərəcədə açıq bazar prinsipi ilə işləyir ki, Təhsil Nazirliyinin orta məktəblər üçün pulsuz göndərdiyi sinif jurnallarına görə hər şagirddən 2 manat pul yığır.
Hər sinifdən illik abunə haqqı üçün 21 manat, hər müəllimdən 10 manat yığılmaqdadır. Bütün bu özbaşınalıqların yekununda M.Əliyeva Suraxanı icra başçısı İlqar Abbasovla hesablaşır.
Görünür, rayon rəhbərinin himayəsində olmaq Mehriban Əliyevanın təhsil siyasətinə qarşı gedərək məktəbdə bazar açmağa imkan verir. Bu iddialarla bağlı nazirliyə sorğu göndərəcəyik.

AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ