yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mikayıl Cabbarovun etimadından sui istifadə edən “alternativ nazir”

Mikayıl Cabbarovun etimadından sui istifadə edən “alternativ nazir”
23-11-2017, 14:54 160 dəfə baxılıb

Təhsil sistemində məqsədli şəkildə yaradılan xaos və özbaşınaqlıqların əsas müəlliflərindən birinin məhz Elnur Əliyev olduğu söylənilir
Son zamanlar müəllimlərin işə qəbulu ilə bağlı bir sıra problemlər yaşanmaqdadır. Düzdür, müəllimlərin işə qəbulunun xüsusi imtahanla aparılmasının bu sahədə şəffaflığın təmin olunması istiqamətində mühüm addım olmasına baxmayaraq, hələ də çatışmazlıqlar hökm sürməkdədir. Xüsusilə, ayrı-ayrı məmurların öz şəxsi maraqlarını önə çəkməsi bir çox hallarda müəllim olmağa hazırlaşan gənc kadrların hüquqlarının pozulması ilə nəticələnir.
Redaksiyamıza müraciət edən Xasıyeva Vəfa Zinət qızı da analoji problemlə üzəşib. MİQ-də 42 bal toplayan V.Xasıyeva hal-hazırda Şamaxı rayonunun Qonaqkənd kəndində işləyir. Ailə həyatı quraraq rayonun Çarhan kəndinə gəlin köçən V. Zeynalova yaşadığı kənddə işlə təmin olunmaq istəyir. Xatırladaq ki, Çarhan kənd tam orta məktəbində coğrafiya müəllimi vəzifəsi vakantdır. Müəllimənin yaşadığı kənddən hazırda işlədiyi kəndə qədər olan məsafə 50 km-ə yaxındır. Bu isə xüsusilə qış aylarında Şamaxının ucqar dağ kəndi olan Qonaqkəndə gediş-gəlişi tamamilə mümkünsüz edir. Əgər nəzərə alsaq ki, eyni zamanda müəllimənin himayəsində xəstə II qrupəlil qaynanası və qaynatası var. Hər iki xəstələrin müəllimədən başqa baxanları yoxdur. Jurnalist araşdırması apararaq bu məsələ ilə əlaqədar ilk əvvəl Təhsil Nazirliyinə müraciət etdim. Təhsil Nazirliyinin əməkdaşı və Elnur Əliyevin “sağ əli” hesab olunan Samir Paşayev mənə bildirdi ki, mütləq rayon təhsil şöbəsi tərəfindən təqdimat verilməlidir. Məsələ ilə bağlı RTŞ-da, şəxsən Eyvaz Eminalıyevin qəbulunda olsam da heç bir nəticə hasil olmadı. Rayon təhsil şöbəsinə bu barədə müraciət etsəm də əvvəl Rayon təhsil şöbəsindən Eyvaz müəllim təqdimat yazaraq Təhsil Nazirliyinə ünvanlayacağını bildirsə də sonradan mənə məlum olmayan səbəblərdən bildirdilər ki, biz təqdimat yazmırıq. Müəllimə Təhsil Nazirliyinə müraciət etməlidir, yalnız onlar bizə deyəndən sonra təqdimat yaza bilərik.

Təhsil Nazirliyinin “ötür-ötür”oyunu

Təhsil Nazirliyi ilə RTŞ arasındakı bu “ötür-ötür” oyununa aydınlıq gətirmək üçün nazirlikdə qəbula düşmək qərarına gəldim. Nazirliyin qəbul şöbəsinin əməkdaşı Vəfa Hüseynzadə çox gülünc bir arqumentlə məni qəbula yazmaqdan imtina etdi. Mətbuat nümayəndəsi olaraq müxtəlif məsələlərin həlli ilə əlaqədar olaraq tez-tez Təhsil nazirliyində qəbulda oluram. Sevindirici haldır ki, bəzi hallarda müraciət etdiyimiz məsələlər öz müsbət həllini tapır. Bu dəfə isə Vəfa Hüseynzadə mənim nazirliyə tez-tez müraciət etdiyimi əsas gətirərək qəbula yazmaqdan imtina etdi. Yəqin ki, dünya praktikasında belə arqumentə ilk dəfə rast gəlindiyi üçün Vəfa xanımın adı tarix kitablarına yazılmalıdır. Xatırladım ki, V. Hüseynzadə nazirlikdə qəbulda olduğumuz zaman bizə dəfələrlə problem yaradıb. Bildirim ki, problemin həlli üçün mənim Xasıyeva Vəfa tərəfindən verilmiş rəsmi etibarnaməm vardır. Nazirliyin V. Hüseynzadə “maneə”sini aşa bilmədikdə həmin şöbənin rəhbəri Elnur Əliyevlə görüşmək istədim. Bu dəfə də analoqu olmayan başqa bir səbəblə üzləşdim. Mənə Elnur müəllimin heç vaxt vətəndaşları qəbul etmədiyini bildirdilər.

Elnur Əliyevin müavin olmaq arzusu və yaxud müavin Ceyhun Bayramova qarşı “vəzifə qısqanclığı”

Sonuncu dəfə Təhsil Nazirliyində olarkən təsadüfən E. Əliyevlə görüşərkən onun çox qəribə iradı ilə üzləşdim. E.Əliyev bildirdi ki, nazir müavini Ceyhun müəllim haqqında müsbət fikirlər yazdığın halda məni tənqid edirsən. Mən ona media mənsubu olduğum üçün ədalətli mövqe tutduğumu, haqqında kifayət qədər şikayətlərin olduğunu, əməlləri ilə şəxsən cənab naziri pis vəziyyətə qoyduğunu xatırlatdım. Ceyhun müəllim haqqında necə mənfi fikir bildirim ki, onun vətəndaşların problemlərinə necə həssaslıqla yanaşdığının şahidi olmuşam. Hətta onun iş vaxtının bitməsinə baxmayaraq qəbula gələn, adı siyahıda belə olmayan vətəndaşların problemlərinə vaxt ayırdığını görmüşəm. Bir dəfə Ceyhun müəllim iş vaxtından sonra vətəndaşları qəbul edərkən evindən gələn zəngdən sonra yaxın adamın toyunda iştirak etməli olduğunu xatırladı. Amma, yenə də qəbulu dayandırmadı. Fərq bu qədər sadədir məncə.
E. Əliyev mənim mövqeyimə cavab olaraq bildirdi ki, gördüyün kimi biz elə etdik ki, aparat rəhbəri Mətin müəllim müavin oldu, Ceyhun müəllimin səlahiyyətlərinin çox hissəsini alaraq ona verdik. Ceyhun isə bütün işlərdən kənarda qaldı. Bildirim ki, mənim Mətin müəllim haqqında hansısa tənqidi fikir səsləndirmək fikrim yoxdur və onu öz cənab nazirin uğurlu kadr təyinatlarından biri olduğunu düşünürəm. Göstərdiyim fikirlər E. Əliyevə məxsusdur.
Elə o zamandan E. Əliyev mənə qarşı qərəzli mövqe sərgiləyir. Özünə qarşı səslənən tənqidi fikirlərə görə bir media əməkdaşına qərəzli münasibət bəsləyən Elnur Əliyev haqqında isə nə qədər çalışsam da bir tərifli əməl tapa bilmədim.
Təhsil naziri Mikayıl Cabbarova yaxınlığından istifadə edən Elnur Əliyev Bakı şəhər Təhsil İdarəsini və nazirliyin bir neçə aparıcı idarəsini idarə edir. Elnur Əliyev Təhsil Nazirliyinin "kardinalı" , Sosial media lahiyəsinin rəhbəri, Təhsil nazirliyində İnformasiya şöbəsinin müdiri, Aparat rəhbərinin səlahiyyətlərini əvəz edən şəxsdir. Eyni zamanda Elnur Əliyevin nazirlikdə direktorların işə qəbulu ilə bağlı keçirilən komissiyalarda “fəallığını” xarici diplomların təsdiqlənməsində “canfəşanlıq” göstərməsini bildirirlər.
Son aylar təhsilimizdə hamımızı narahat edən çox ciddi proseslərə nəzər saldıqda ilk növbədə düşünmək olar ki, Təhsil Nazirliyinin əməkdaşları, xüsusilə də Elnur Əliyev başda olmaqla bir qrup sanki sadə Azərbaycan müəlliminə qarşı yürüşə çıxıblar və bütün atdıqları addımlar məqsədli xarakter daşıyır.
Baş verən qanunsuz kütləvi işdən çıxartmaların, təhsilimizdə məqsədli şəkildə yaradılan xaos və özbaşınaqlıqların , dərs bölgüsünün də əsas müəlliflərindən birinin məhz Elnur Əliyev olduğu söylənilir.
Dərsliklərdən gələn gəlir və dərsliklərin çapı Elnur Əliyevin nəzarətindədir. Bakı Şəhər Təhsil İdarəsi də birbaşa Elnur Əliyevin nəzarəti altındadır.
Ölkənin ümumtəhsil məktəbləri üzrə təhsil alanların 1/3-ni, təhsilverənlərinin 1/5-ni özündə birləşdirən Bakı Təhsilini Elnur Əliyev öz bildiyi kimi idarə edir.
Elnur Əliyev həmçinin, rayonların demək olar ki, əksəriyyətində RTŞ -lərə yerləşdirdiyi İnformasiya Şöbəsinin əməkdaşları vasitəsi ilə RTŞ müdirlərinə nəzarət edir.
Onun nəzarəti altında Təhsil Nazirliyinin İnsan Resursları, Ümumtəhsil, Daxili Nəzarət, Maliyyə , Dərslik və bir neçə kiçik şöbələr fəaliyyət göstərir.
Elnur Əliyevin adının Azərbaycan təhsil tarixində yaşadacaq bir sıra əməlləri vardır ki, onlardan sadəcə birini xatırlamaq istərdim. Bir neçə il əvvəl E. Əliyevin Bakı şəhərində məktəblərdən birində təhsil tarixində “30 minlik direktor əməliyyatı” ilə “cahan şümal” əməlləri kimi iz qoymuşdur.

Elnur Əliyevin “qara siyahısı”

Göründüyü kimi özünü “alternativ təhsil naziri” kimi aparan Elnur Əliyev haqqında bunlardan “tərifli” fikirlər bildirmək olmur. Məhz bu səbəbdəndir ki, haqqında tənqidi fikirlər səsləndirən şəxslər nazirlikdə E. Əliyevin “qara siyahısı”na düşürlər və cənab nazirlə görüş imkanları məhdudlaşdırılır. Bilirik ki, V. Xasıyevanın probleminin həll olunmasında E. Əliyev bacardığı qədər maneçilik törətməyə, maneələr yaratmağa çalışacaq. Amma, mən cənab nazir M. Cabbarovun hər zamankı kimi ədalətli mövqe tutacağına, yaranmış problemin həllinə qanunauyğun şəkildə yardım edəcəyinə inanıram.

Rubrika.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: alternativ, eden, nazir, istifade, Mikayil, sui, etimadindan, Cabbarovun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ