yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Köçkün ailəsindən Birinci vitse-prezident Mehriban Əliyevaya- Müraciət

Köçkün ailəsindən Birinci vitse-prezident Mehriban Əliyevaya- Müraciət
23-11-2017, 12:06 88 dəfə baxılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban Xanım Əliyevaya Xətai Rayonu Turşu küçəsi, ev 27-də
məskunlaşmış Cəbrayılova Tərgül Musa qızı tərəfindən

Ərizə

Birinci vitse-prezident, Çox Hörmətli Mehriban xanım!

Yazıb bildirmək isdəyirəm ki, mənfur qonşularımızın çirkin nəfsi ucbatından 1993-cü ildə ailəmlə birgə Qubadlı rayonundan məcbur köçgün düşdük, həmin vaxtdan etibarən evimiz olmadığı üçün Xətai Rayonunda müxtəlif ünvanlarda yaşamağa məcbur olduq. Nəhayət, Ulu öndərimizin ölkəyə rəhbərlik etməyi ilə yaranan sabitlik bizim də yaşamımızı yaxşılaşdırdı. Özüm və yoldaşımın fiziki sağlamlığı məhdud olduğundan qohumlarımızın köməkliyi ilə indi yaşadığımız iki mərtəbədən ibarət olan evi inşa etdik.(Torpaq sahəsi az olduğundan iki mərtəbə inşa olunub).

İllərdir ailəmlə və əlil ata- anamla birgə bu evdə yaşayırıq. Çox şükür ki, Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmiz gözlləşir, paytaxtımız günü -gündən daha da gözəl və əsrarəngiz olur və biz də firavan yaşayırıq.

Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım!

Ölkə başçısının sərəncamlarına, göstərişlərinə uyğun olaraq çox gözəl şəhərsalma işləri aparılır, həmin ərazilərdən biri Ağ şəhərdir. Bu plana uyğun olaraq bizim də köçürülməyimizi bildirən Xətai Rayon İcra Hakimiyyətinin işçiləri evimizi ölçdülər.

Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım!

Ölkə başçımızın səsləndirdiyi hər kvatratmetrə görə 1500 manat vəsait biz iki ailəni tam qane edir. Lakin ölkə başçısının bu göstərişlərini nəzərə almayan Xətai Rayonu İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası adlandırdığı bəzi şəxslər evimizin zəif təmirli olduğunu (hətta asfalt üstə yaşıyırsız deyə lağa qoyduğu) və ya bu qədər pul nəynizə gərəkdir deyərək haqqımızı verməkdən imtina edir, (Biznən alver eləməyə gəlib hər dəfə bir qiymət deyirlər) və müxtəlif yollarla bizi incidib hədə-qorxu gəlirlər (Suyumuzu, qazımızı, işıqımızı kəsillər bu soyuq havalarda, yollari evin ətrafın bərbad hala salırlar ki, bezək.). Komissya üzvləri öz istəklərinə uyğun qiymətlər təyin edir, ölkə başçısının göstərişlərindən belə çəkinməyərək, bizi çox incidillər.

Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım!

Siz ana olduğunuz üçün kimsəsizləri himayə etdiyiniz, qaçqın və məcburi köçkünlərə dayaq durduğunuz kimi, inanıram ki, biz iki ailəyə də əlinizdən gələn köməyi edəcəksiniz, bizim haqqımızın verilməsinə yardım göstərəcəksiniz.
Əminik ki, hər iki ailəni öz nəcib qəlbinizlə hər zaman olduğu kimi sevindirəcəksiniz, sizin köməyinizlə haqq öz yerini tutacaqdır.
Ailələrimiz adından sizə sonsuz hörmət və məhəbbətimizi bildiririk.
Tanrı sizi qorusun!
Köçkün ailəsindən Birinci vitse-prezident Mehriban Əliyevaya- Müraciət
Köçkün ailəsindən Birinci vitse-prezident Mehriban Əliyevaya- Müraciət
Köçkün ailəsindən Birinci vitse-prezident Mehriban Əliyevaya- Müraciət
Köçkün ailəsindən Birinci vitse-prezident Mehriban Əliyevaya- Müraciət


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ailesinden, Muraciet, vitse prezident, Birinci, Kochkun, Mehriban, Eliyevaya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ