SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arzu Rəhimovun müavini Zaur Abdullayev Qarabağlıları təhqir etdi - VİDEO

Arzu Rəhimovun müavini Zaur Abdullayev Qarabağlıları təhqir etdi - VİDEO

Tarix:

20-11-2017, 13:01

/ 6 133 dəfə oxundu.
Arzu Rəhimovun müavini Zaur Abdullayev Qarabağlıları təhqir etdi - VİDEO

Azərbaycanda sözün əsl mənasında general bolluğu var. Əlimizdə rəsmi statistika olmasa da, hazırda Azərbaycanda bu rütbəni daşıyanların sayı təxminən 200 nəfər ətrafındadır. Hər il onların sayı daha 10-15 nəfər artır. Müqayisə üçün bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, şəxsi heyəti 2 milyon 285 min nəfər təşkil edən Çin ordusunda generalların sayı cəmi 191 nəfərdir. Almaniya Ordusunda 202, qardaş Türkiyə Ordusunda isə cəmi 364 general rütbəsi daşıyan zabit var.
Kənardan belə görünsə də ki, müharibə başlayacağı halda bu qədər generalı olan Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə zəfər qazanmaqdan başqa şansı yoxdur, reallıqlar başqa mətləblərdən – kəmiyyət hələ keyfiyyət demək deyil məntiqindən xəbər verir. Bu reallıqlarla tanışlıq baxımından media üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlar xeyli düşündürücüdür. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin –Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir və həmin məlumatları olduğu kimi diqqətinizə çatdırırı: “İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavinidir. Bu xidmətin rəisi isə general-leytenant Arzu Rəhimovdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb. Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib.
Hazırda qüvvədə olan hərbi nizamnaməyə görə, baş leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlmək üçün Zaur Abdullayevə, nə az-nə çox, düz 22 il vaxt lazım idi! Lakin göründüyü kimi, o, cəmi 10 ilə nəinki polkovnik, hətta general-mayor rütbəsini belə çiynindən asmağa nail olub. Normalda Z.Abdullayevin buna nail olmaq üçün çox ciddi uğurları, hərbi şücaəti, hətta Vətən qarşısında misilsiz xidmətləri və qəhrəmanlıqları olmalı idi (Əgər belə xidmətlər varsa, onları öyrənməyə və oxucularımıza da çatdırmaqdan şad olardıq-red). Maraqlıdır, görəsən hörmətli generalımız DSX, Səfərbərlik Xidməti kimi döyüş bölgəsindən uzaq xidmət yerlərində hansı qəhrəmanlıqları edə bilib ki, belə fantastik uğura nail olub? Yoxsa ona da general rütbəsi kiminsə kürəkəni, qardaşı, qardaşı oğlu və ya qudası olduğu üçün ad günü hədiyyəsi kimi verilib?”
Bunu da qeyd edək ki, Zaur Abdullayevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini olaraq, konkret hansı funksiyaları icra etdiyinə dair də əlimizdə kifayət qədər ilginc açıqlamar var. Bu məlumatlarda Zaur Abdullayevin Səfərbərlik Xidmətinin rayon şöbələrinin rəhbərləri ilə hansı müstəvidə münasibətlər qurmasından, bu münasibətin tələblərinə cavab verməyən şöbələrə qəfil göndərilən yoxlamalardan, rayon şöbələrinin yerləşdikləri binaların təmir-tikinti işlərinə ayrılan milyonlarla (!) manat vəsaitlərin necə xərclənməsindən və bir çox digər maraqlı məqamlardan ətraflı bəhs olunur. Lakin bu, artıq tamamilə başqa bir araşdırma üçün mövzudur və bütün bunlar barədə növbəti sayımızda dərc edəcəyimiz yazıda ətraflı bəhs olunacaq. Indi isə Z.Abdullayevin imza atdığı son qalmaqaldan bəhs etmək istərdik. Belə ki, baş leytenentdan generala sürətli yol keçən və heç zaman səngər üzü görməyən Zaur Abdullayev bu günlərdə Füzuli rayon əhalisini təhqir edib və bu rayondan olan Qarabağ qaziləri buna etraz ediblər. Olayla bağlı videokadrı diqqətinizə çatdırırıq.


versiya.az

Şərhlər

XƏBƏR LENTİ