SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Laçın rayon sakini prezidentə müraciət etdi

Laçın rayon sakini prezidentə müraciət etdi

Tarix:

17-11-2017, 15:40

/ 2 005 dəfə oxundu.
Laçın rayon sakini prezidentə müraciət etdi

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikası Daxili İşlər Cənab Naziri Ramil Usubova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova
Surəti: Baş Prokuror Yanında Korrupsiya İdarəsinin Rəisi Cənab Kamran Əliyevə

Bakı şəhər sakini hazırda Zərdabi küçəsi 86 mənzil 140-61 ünvanda yaşayan Gülmalıyev Vahid tərəfindən
Laçın rayon sakini hazırda Yeni Yasamal 1 bina 13 mənzil 36-da məskunlaşan müharibə veteranı 2 qrup əlil Məmmədov Fikrət Heydər oğlu tərəfindən
Ərizə
2005-ci ildə Abşeron rayon Saray qəsəbəsindən 10 sot torpaq almışdıq. Uzun müddət müəyyən səbəblərə görə torpağa nəzarət edə bilmədik. Lakin 2013-cü ildə bəzi abadlıq işləri görmək üçün həmin əraziyə getdik. Orada bizə aid olan torpaq sahəsində qeyri-qanuni tikintilər gördük. Iradımızı bildirdik ki, bizə aid olan torpaq hissəsində bu tikililəri tikməyə səbəb nədir? Biz öz qanuni sənədlərimizi, yəni torpağın çıxarışını onlara təqdim etdik və onlardan da sənədlərini göstərmələrini tələb etdik.Lakin onlar heç bir sənəd göstərmədi və bizi hədə-qorxu ilə oradan uzaqlaşdırıb, bir daha bu əraziyə gəlməməyimizi sərt və ədəbsiz şəkildə bildirdilər. Biz məcbur olub məhkəməyə müraciət etdik, və məhkəmənin və icraçıların köməyi ilə öz qanuni bizə aid olan torpaq ərazisinin 7 sotunu daşlarla hasara aldıq və bizim əraziyə nəzarət etməyi, qarşı tərəfin hər-hansı qeyri-qanuni hücumunun qarşısını almağı və nəzarət etməyini icraçıların məktubu ilə sahə müvəkkili kapitan Fərzəliyev Bədrəddinə tapşırdiq. Biz məktub ilə birlikdə sahə müvəkkili kapitan Fərzəliyev Bədrəddinə müraciət etdik, ondan bizim torpaqlarımıza nəzarət etməyi, qarşı tərəfin bizə qarşı hansısa bir hərəkətinin qarşısını almağını və ən əsası öz təhlükəsizliyimizi təmin etməsini xahiş etdik ki, öz ərazimiz üzərində hansısa bir iş görə bilək. Sahə müvəkkili kapitan Fərzəliyev Bədrəddin bunun çox çətin olduğunu, əgər öz ərazinizə gəlməyi istəyirsinizsə bunun qarşılığında mənə 1000 manat pul ödəməlisiniz. Biz ona iradımızı bildirdik. O, isə bu ərziyə çətin gələrsiniz deyərək bizi birmənalı olaraq qəbul etmədi. Biz ona şıkayət edəcəyimizi bildirdik o isə qarşılığında „mənim kim olduğumu siz yaxşı bilmirsiz əgər bilsəniz bu sözləri deməzsiz. Mən olduğum əraziyə məndən başqa kimsə müdaxilə edə bilməz.” əliniz haracan uzanırsa uzadın. Bizim müvafiq orqanlara dəfələrlə müraciət etməmizə baxmayaraq heç bir ölçü götürülməyib. Bundan sonra həqiqətən də sahə müvəkkili kapitan Fərzəliyev Bədrəddinin dediyi kimi oldu. Onun himayəsi ilə qarşı tərəf bizə aid olan daş hasarı sökdü və bizim həmin əraziyə getməyimizə imkan vermədilər. Şər böhtana məruz qaldıq.
Sizdən artıq dərəcədə xahiş edirik ki, sahə müvəkkili kapitan Fərzəliyev Bədrəddinin qeyri-qanuni əməllərinin və qarşı tərəflə birləşərək bizə vurduğu maddi və mənəvi zərərin təmin olunması üçün aidiyyatlı orqanlara göstəriş verəsiniz.

İmza: Gülmalıyev V.
İmza: Məmmədov F.
Əlaqə telefonu: (050) 289-30-70

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ