SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müştəri “Mc Donald’s”dan şikayətçidir, restoran isə... - FOTOLAR

Müştəri “Mc Donald’s”dan şikayətçidir, restoran isə... - FOTOLAR

Tarix:

17-11-2017, 13:56

/ 1 936 dəfə oxundu.
Müştəri “Mc Donald’s”dan şikayətçidir, restoran isə... - FOTOLAR

“Fast food” qidalar görünüşü və ləzzətli olması ilə uşaqlar qədər böyüklərin də sevimli qidasına çevrilib. Eyni zamanda həm tez yeyilən, həm də doyumlu olduğu üçün insanlar bu qidalara tez-tez üz tutur. Azərbaycanın müxtəlif bölgələrində də “fast food” satışı ilə məşğul olan restoran və kafelər fəaliyyət göstərir. Onlardan biri isə “Mc Donald’s” restoranlar şəbəkəsidir. Son günlər vətəndaşlar sözügedən restoranlar şəbəkəsindəki qiymətlərdən narazılıq edir. Onlar uşaqlarının sevimli qidasının ciblərinə uyğun olmamasından narazıdır.
Saytımıza açıqlama verən Leyla Qasımova adlı müştəri bildirir ki, restoranın daimi müştərisi olub, indi isə qiymətlərə görə oraya gec-gec üz tutur:
“İki övladım var. Hər uşaq kimi onlar da “fast food”u sevir. Sözügedən restoranlar şəbəkəsinin daimi müştərisiyəm. Hazırda qiymətlər çox bahadır. Uşaqlar da tez-tez oraya getmək istəyir. Amma cibimizə uyğun olmadığı üçün uşaqları hər dəfə bir bəhanə ilə aldadıram. Daimi müştərilər üçün kart, güzəşt olsa, daha yaxşı olar. Bizim kimi orta və aşağı təbəqəni də düşünəydilər, kaş”.
Vətəndaşların narazılığını nəzərə alaraq “Mc Donald’s” ilə əlaqə saxladıq. Şəbəkənin meneceri Anar Bayramlı bildirib ki, son illər restoran qiymətlərində dəyişiklik olmayıb:
“Əminliklə deyə bilərəm ki, son iki ildə qiymətlərdə artım olmayıb. Bəzən kampaniyalar keçirilir və qidaların qiymətində endirim olur. Kampaniya bitdikdən sonra qiymət yenidən əvvəlki vəziyyətə qaytarılır. Yayda dondurmalar 50 qəpikdən başlayır. Bəzən 30 qəpiyə salınır. Bu promo-aksiyalar zamanı ola bilər. Son illər ərzində 1 faiz belə qiymət artımı olmayıb. Restoranlar şəbəkəmizdə hər cibə uyğun qidalar var. Bizim üçün müştərilərin rəyi önəmlidirr. Biz hər qida üçün xüsusi diqqət ayırırıq, analizlər aparılır. Biz bazara uyğun qiymətləri tənzimləyirik. Məhsullarımızın çoxu xaricdən gətirilir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov musavat.com-a məsələ bağlı danışıb. O deyib ki, “Mc Donald’s” və digər fasd food satış yerlərində qiymətlərin qaldırılması təsadüfi deyil:
“Sahibkarlara yoxlamalar qadağan olunub. Ölkənin strateji məqsədi sahibkarlığın inkişafı, yəni istehlakçının soyulmasına yönəlib. Ona görə də biznes-qurum azad bazar deyib, istədiyi qiyməti qoya bilər. 20 ildir ki, istehlakçı hüququ qoruyuram. Bir dəfə görməmişəm ki, qərar verən orqanlar tərəfindən istehlakçının hüququnu qoruyan tədbir keçirilsin. Bu ilin may ayında Vladimir Putin təhlükəsizlik şurasının iclasını keçirdi, bizim kolleqamız olan Dmitri Yanin orada iştirak etdi. İstehlakçıların hüquqları ilə bağlı müzakirə keçirildi. Hər ölkədə bu kimi iclaslar keçirilir. Azad İstehlakçılar Birliyi vəziyyəti prezidentə bildirir. Çox təəssüf ki, bu Azərbaycanda yoxdur. Baxmayaraq ki, beynəlxalq təşkilatın üzvüyük, mən heç zaman istehlakçıların müdafiəsinə dair beynəlxalq qurumlara məruzə etməmişəm. Ölkəmizin imicini qorumaq üçün belə məruzələr yazıb göndərməmişəm. Belə getsə, mən də çatışmazlıqları deməli olacağam”.

Musavat.com
Müştəri “Mc Donald’s”dan şikayətçidir, restoran isə... - FOTOLAR
Müştəri “Mc Donald’s”dan şikayətçidir, restoran isə... - FOTOLAR
Müştəri “Mc Donald’s”dan şikayətçidir, restoran isə... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ